Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Protokol
Protokol yun. "protokollon" sözündən götürülüb, mənasi "protos"- 1-ci, "kollo"- yapişdirmaq deməkdir — kollegiyal orqanlar (müşavirələr simpoziumlar, seminar, konfrans və s.) tərəfindən müzakirə olunan məsələlərin gedişinin ardıcıl qeyd edildiyi sənəddir. Protokol kollegiyal orqanın kitabı və xüsusi təyin edilmiş şəxs tərəfindən aparılır, sədr və katib tərəfindən imzalanır. Etimoloji mənada "protokol" sözü Bizans diplomatiyasinda təntənəli mərasimlərdə tərtib edilən sənədin 1-ci hissəsini bildirirdi, bu hissədə iştirakçilarin siyahisi göstərilirdi. Orta əsrlərdə protokol dedikdə sənədlərin tərtibati və arxivləşdirilməsi qaydasi başa düşülürdü. Sonralar isə diplomatiya və diplomatik xidmət anlayişlari ilə əlaqəli şəkildə işləməyə başladiqda, sənədlərin tərtibati ilə yanaşi özündə etiket və mərasim məsələlərini də əks etdirməyə başladi. Diplomatik protokol hökumətlərin xarici işlər nazirliklərinin, diplomatik nümayəndəliklərin, diplomatik işçilərin və digər rəsmi şəxslərin beynəlxalq əlaqələrin əməli olaraq gerçəkləşməsi zamanı riayət etdikləri qayda, ənənə və şərtlərin məcmusudur. Diplomatik yazışmalar, rəsmi görüşlər, diplomatik qəbullar, xarici ölkənin dövlət və hökumət başçısının qarşılanması, beynəlxalq təşkilatların xəttilə təşkil olunan toplantılar diplomatik protokol tələbləri çərçivəsində əməli xarakter alır. Xarici dövlətlərin vəzifəli şəxslərinə, onların bayraq və gerblərinə, himnlərinə hörmət, diplomatik və konsulluq nümayəndəliklərinin imtiyaz və immunitetlərinə əməl edilməsi və s. diplomatik protokol normalari dövlətlərin bir-birinə olan münasibətlərinin göstəricisidir.
Diplomatik protokol
Diplomatik protokol - beynəlxalq ünsiyyətdə dövlətlər, hökumətlər, xarici işlər nazirlikləri, diplomatik nümayəndəliklər və rəsmi şəxslər tərəfindən icrası zəruri sayılan, beynəlxalq təcrübədə qəbul olunmuş qaydalar, ənənələr və şərtlərin toplusu. Lakin bütün sadalananlar heç bir dövlətin özunəməxsus adətlərini və milli ənənələrini inkar etmir. Beynəlxalq təşkilatlarda üzvlük, zirvə toplantıları, beynəlxalq konfranslar və s. diplomatik prokolsuz keçinə bilməz. "Protokol" - yunan dilindəki protokollon sözündən götürülüb, "protos" - birinci, "kollo" - yapışdırmaq deməkdir. Etimoloji mənada "protokol" sözü Bizans diplomatiyasında təntənəli mərasimlərdə tərtib edilən sənədin 1-ci hissəsini bildirirdi, bu hissədə iştirakçıların siyahısı göstərilirdi. Orta əsrlərdə protokol dedikdə sənədlərin tərtibatı və arxivləşdirilməsi qaydası başa düşülürdü. Sonralar isə diplomatiya və diplomatik xidmət anlayışlari ilə əlaqəli şəkildə işləməyə başladıqda, sənədlərin tərtibatı ilə yanaşı özündə etiket və mərasim məsələlərini də əks etdirməyə başladı. Diplomatik protokolun tələblərinə erinasızlıq, ən xırda ehtiyatsızlıq bəzən dövlətlər arasındakı əlaqələrin kəsilməsi, hətta müharibə şəraitinin yaranması ilə müşahidə oluna bilir. Diplomatik protokolda hər bir dövlətin rəmzlərinə hörmətlə yanaşılması birbaşa dövlətin suverenlik hüququna hörmətin təzahürüdür.
Protokol (diplomatiya)

Protokol spoofing
Protokol spoofing məlumat rabitəsində istifadə olunan protokolların performansı aşağı düşərsə, məsələn uzun gecikmələr baş verdikdə istifadə olunur. Note: Kompüter təhlükəsizliyində, spoofing hər hansı dataların müxtəlif üsullarla dəyişdirilməsidir . Həmçinin baxın: Spoofing Hücumu Protokol spoofingin çox tətbiqetmələrində, modem və ya router kimi rabitə cihazları başqa uzaq yerdə yerləşən istifadəçiyə məlumat göndərərkən, lokal şəbəkənin istifadə qabiliyyəti aşağı düşməməsi üçün lokal şəbəkədəki cihaza məlumatın göndərildiyi mesajını yönləndirir və rabitə xətlərinin boş qalmasını təmin edir. Xəta düzəltmə və fayl göndərilməsi protokolları, paketlərin checksum və ya CRC məlumatlarını sayaraq nəticəni paketin sonunda göndərməklə çalışır. Qəbuledici tərəf isə sayıları tərkrar toplayaraq, uzaq cihaz tərəfindən göndərilən məlumatlarla qarşılaşdırır. Əgər hər iki tərəfdə paketin doğru göndərilməsi baş qərarlaşdırılarsa, qəbuledici müsbət bildiriş (ACK) göndərir ki, bu da qəbuledicinin növbəti paketi qəbul etmə üçün hazır olmasını bildirir. ACK bildirişinin məlumatı göndərənə geri bildirməsi telefon xətlərinin funksiyası olmaqla yanaşı, bildirişin göndərilmə müddəti saniyənin 1/10 hissəsinə bərabərdir. Kiçik paketlərdən istifadə edən protokollar üçün bu gecikmə paketin göndərilməsi üçün istifadə edilən zamandan böyük ola bilər. Məsələn, UUCP "g" protoklu və Kermit 64 bayt paketlər istifadə edirlər, hansıki 9600 bit/saniyə xətdə göndərmə saniyənin 1/20 hissəsinə bərabər olur. XModem isə 128 bayt paketlərdən istifadə edir və bu halda göndərmə saniyənin 1/10 hissəsinə bərabər olur.
Bit-yönlü protokol
== Bit-yönlü protokol == Bit-yönlü protokol(bit-oriented protocol)– verilənlərin ötürülməsinin simvol sətrləri kimi yox, bitlərin arasıkəsilməz axını kimi aparıldığı protokol. Ötürülən bitlər hər hansı simvollar toplusunun simvolları kimi məzmun daşımadığından bit-yönlü protokolda idarəetmə üçün ehtiyat simvollardan deyil, bitlərin xüsusi ardıcıllığından istifadə edilir. Bit-yönlü protokola misal olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatının (INTERNATIONAL ORGANIZATION FOR STANDARDIZATION, ISO) müəyyənləşdirdiyi HDLC (High-Level Data Link Control) protokolunu göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnternet protokol dəsti
Internet protokol dəsti və ya daha çox tanınan adı ilə TCP/IP — funksional meyarlara uyğun olaraq İnternetdə və oxşar kompüter şəbəkələrində istifadə olunan kommunikasiya protokollarının dəstini təşkil etmək üçün freymvork. Paketdəki əsas protokollar TCP, UDP və IP-dir. Bu modelinin ilkin versiyaları Müdafiə Departamenti modeli kimi tanınırdı, çünki tədqiqat və tərtibatı DARPA vasitəsilə ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilirdi. İnternet protokol dəsti verilənlərin necə paketləşdirilməsini, ünvanlanmasını, ötürülməsini, yönləndirilməsini və qəbul edilməsini təyin edən ucdan-uca kommunikasiyanı təmin edir. Müəyyən bir tətbiq üçün təbəqələrin tətbiqi protokol yığınını təşkil edir. Aşağıdan yuxarıya doğru təbəqələr bir şəbəkə seqmentində (bağlantı) qalan məlumatlar üçün kommunikasiya üsullarını ehtiva edən keçid təbəqəsidir: müstəqil şəbəkələr arasında interneti təmin edən internet təbəqəsi, host-to-host kommunikasiyasını idarə edən nəqliyyat təbəqəsi və proqramlar üçün process-to-process məlumat mübadiləsini təmin edən tətbiq səviyyəsi. İnternet protokol dəstinin və onun tərkib protokollarının əsasını təşkil edən texniki standartlar IETF tərəfindən qorunur. İnternet protokol dəsti ümumi şəbəkə sistemləri üçün daha əhatəli istinad çərçivəsi olan OSI modelindən əvvəl yaranmışdır. BBN Report 1822 Fast Local Internet Protocol Avtomatlaşdırma protokollarının siyahısı İnformasiya texnologiyaları akronimlərinin siyahısı IP protokol nömrələrinin siyahısı Şəbəkə protokollarının siyahısı TCP və UDP port nömrələrinin siyahısı Douglas E. Comer. Internetworking with TCP/IP – Principles, Protocols and Architecture.