Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alovlanma promotorları
Alovlanma promotorları (alovlanmanı təşviq edən) yanacaq kamerasında dizel yanacaqlarının alovlanmasını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Alovlanma promotorları zəif alovlanma qabiliyyəti olan yüksək səviyyədə aromatikləşdirilmiş orta distillə fraksiyalarına, həmçinin naften əsaslı neftlərdən və qaz kondensatlarından əldə edilmiş dizel yanacaqlarına əlavə edilir. == Ümuni məlumat == Qeyd edək ki, benzinin oktan ədədinin artırılması çox vaxt arzuolunan haldırsa, əmtəə dizel yanacağının setan ədədinin (SƏ) artırılmasına çox ehtiyatla yanaşmaq lazımdır. SƏ-nin optimal göstəricisindən bu və ya digər tərəfə kənarlaşma mühərriyin iş rejiminin pozulmasına səbəb olur. Alovlanma promotorlarının təsiri mühərriyin növündən, iş rejimindən və SƏ-dən asılıdır. Yanacağın SƏ nə qədər yüksək olsa alovlanma bir o qədər tez baş verir və alovlanmanın gecikmə müddəti (AGM) bir o qədər az olur. AGM-nin müəyyən optimal müddəti saxlanılmalıdır. SƏ çox yüksəkdirsə, bu müddət bir o qədər azdır və yanacaq qarışığının hazırlanmasına az vaxt ayrılır. Nəticədə, yanacaq tərkibində yeni yanacaq porsiyalarına oksigenin verilməsini çətinləşdirən yanma məhsulları olan artıq yanan qarışığa püskürdülür. Buna görə də, yanacaq tam yana bilmir və işlənmiş qazların tərkibində çoxlu natamam yanma məhsulları olur, bu da mühərriyin səmərəliliyini azaldır.
Baromotor
Baromotor (ing. baromotor) — insan gücünü hərəkət gücünə çevirən xüsusi qurğu. == İstinadlar == == Ədəbiyyat == Steven Victor, Helena Wright, Robert M. Vogel. Industrial Heritage '84: The Fifth International Conference on the Conservation of the Industrial Heritage.
Promouter
Promouter (ing. promote «irəlilətmək, kömək etmək, fəallaşdırmaq») aşağıdakılar deməkdir: Promouter (reklam) — əmtəənin reklamı ilə bağlı məqsədli şəkildə məşğul olan şəxs və ya şəxslər qrupu. Promouter (idman) — boks yarışı ilə bağlı bütün maliyyə və təşkilatı işlərlə məşğul olan şəxs və ya şəxslər qrupu. Klub promouteri — gecə klublarında tədbirlərin təşkili ilə bağlı məşğul olan şəxs və ya şəxslər qrupu.
Vilsons Promontori
Vilsons Promontori (ing. Wilsons Promontory) — Avstraliyanın Viktoriya ştatı ərazisində yerləşən yarımada. Yarımadada materikin ən ucqar nöqtəsi olan Saut-Poynt burnu yerləşir. Yarımada Melburndan 160 km cənubda yerləşir. Vilsons Promontori yarımadası bir nəhəng qranit parçasıdır. Devomn dövründə, 390—395 il əvvəl meydana gəlmişdir. Əvvəllər Tasmaniya adası ilə bityişik olmuşdur. Güçlü şəkildə eroziya prosesinə məruiz qalmışdır. Üçüncü dövrün sonlarında Dünya okeanının səviyyəsi dəfələrlə qalxmışdır. Bu zaman dəfələrlə yarımada Tasmaniyadan ayrılmışdır.