Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Propaganda Games
Propaganda Games — Kanadanın Britaniya Kolumbiyasındakı Vankuver şəhərində 2005-ci ildə "Buena Vista Games" (indiki "Disney Interactive Studios") tərəfindən təsis edilən və videooyunlarının istehsalında ixtisaslaşan studiya. "Propaganda Games" 2011-ci ildə, "Tron: Evolution"un istehsalı zamanı bağlanmışdır. "Propaganda Games" studiyası "Buena Vista Games" şirkəti və "EA Canada"nın keçmiş işçiləri tərəfindən 2005-ci ilin aprel ayında yaradılmışdır. Onlar 2005-ci ilin may ayında "Turok" personajının lisenziyasını almış və 3 il sonra, 2008-ci ildə personaj barədə bir videooyun satışa çıxarmışdır. "Turok 2" adlı bir sikvel istehsal prosesində idi, ancaq ağır restrukturizasiya proqramının nəticəsində layihə dayandırılmışdır. Studiya "Tron: Evolution"un istehsalı bitdikdən və "Armada of the Damned" adlı bir "Karib dənizinin quldurları" mözvulu layihə ləğv olunduqdan sonra, 2011-ci ilin yanvar ayında "Disney" tərəfindən bağlamışdır.
Propaqanda
Təbliğat və ya propaqanda — bir nəzəriyyəni, ideyanı, biliyi və s.-ni kütlə arasında yayma, təbliğ etmə. Təbliğat dedikdə, burada bütün hallarda verbal və qeyri-verbal vasitələrlə aparılan aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur və tutulacaq: lazımi məsələnin yalnız sizə sərf edən tərəfləri, yəni lehinə, yoxsa əleyhinə təbliğat aparılmasından asılı olaraq, təbliğat hədəfi olan tərəfin (milli və fərdi) zövq, baxış və maraqları (o cümlədən, idealı, ənənəsi, stereotipi, amalı, istəyi, ehtiyacı və s.), həmçinin sosial (irqi, irsi, dini, sinfi və s.) mənsubiyyəti ilə uzlaşmayan və hətta ziddiyyət təşkil edən, yaxud əksinə, söhbət lehinə təbliğatdan gedirsə – uyğun gələn xüsusiyyətləri birtərəfli işıqlandırılır, geniş reklam etdirilir, nümayiş, təsvir və ya izah edilir, lazımi kommentariya ilə şişirdilir; Məsələnin məhz bu variantının KİV nümayəndələrinə çatması təşkil edilir, və ya çatmasına çalışılır; dövriyyəyə bu səpkili saxta informasiya buraxılır, saxta, qurama analiz, arqument, nümunə, fakt və statistikalarla əsaslandırılır, izah edilir, başa salınır; xüsusi eyhamla çatdırılır, təlqin edilir, ortaya söz atılır, diskussiya obyektinə çevrildirilir; onun yaxınlarının nə vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaqla və ya bu ərəfələrdə bu səpkili filmlərə, şəkillərə, söhbətlərə və s. geniş yer, xüsusi diqqət ayırmaq yolları ilə assosiasiya yaradılır; təbii olaraq bu mövqedə olan və ya sizin təhrikiniz, təsirinizlə bu mövqeyə gəlmiş şəxsləri (ələlxüsus, avtoritetli şəxsləri) axtarıb tapıb, bu sahədə öz mövqelərini geniş ifadə edə bilmələri üçün, əgər istəsələr, fəaliyyət göstərmələri üçün onlara hər cür (maliyyə, tribuna, instruksiya və s. baxımından) şərait yaradılır, kömək göstərilir, onların avtoriteti süni şişirdilir, cəmiyyətdə müəyyən söz sahibi, status sahibi olmalarına çalışılır; bu məqsədə xidmət edən hər növ ideyaların, təkliflərin, ədəbiyyat və incəsənət nümunələrinin, həmçinin hərəkatların, fəaliyyətlərin, kompaniyaların, qruplaşmaların və s. yaranması, yayılması və şöhrətlənməsi stimullaşdırılır, dəstəklənir, təşkil edilir və i.a.; bütün bu deyilənlərə əks olanlar isə gizlədilir, ört-basdır edilir, görməməzliyə vurulur, yaxud məqsədyönlü yozaraq adiləşdirilir, neytrallaşdırılır, tənə, təhqir, tənqid, rişxənd, məsxərə, gülüş obyektinə çevirərək dəyərsizləşdirilir, geniş dairəyə yayılmasına hər vasitə ilə mane olunur, əleyhinə kompaniya formalaşdırılır və s. (əlavə olaraq bax: « REF _Ref3652333 \h Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli.
Propaqanda (film, 1999)
Propaganda — 1999-cu ildə istehsal olnmuş türk filmi. Kamal Sunalın oynadığı son filmdir. Propaganda AllMovie saytında Propaganda — Internet Movie Database saytında.