Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Protopter
İkitənəffüslü Afrika balığı protopter yağış mövsümü bitəndən sonra qurumuş palçıq layları arasında bir neçə ay susuz yaşaya bilir. Əsasən, mollyusklarla (onurğasız yumşaqbədənli heyvan), şirin suda yaşayan krablarla, digər xərçəngkimilər və qismən də balıqlarla qidalanır. Ölçüsü 35 sm-dən az olan cavan balıqlar yalnız həşəratlarla qidalanır. Bəzi müşahidələrə görə, Keniyadakı protopterlər, adətən, bitkilərlə qidalanırlar. Protopterlər qidanı birdəfəlik həzm etmirlər, bitkinin ucundan tutaraq aram-aram çeynəməyə başlayırlar ta bitki ağız boşluğuna tam yerləşənə qədər. Proses bitəndən sonra tüpürüb yenidən onu yeməyə başlayırlar və bu gedişat bir neçə dəfə təkrarlanır. Protopterlərin bəzi növləri isə qidanı birdəfəlik uda bilirlər (hətta farel balığını).
Promouter
Promouter (ing. promote «irəlilətmək, kömək etmək, fəallaşdırmaq») aşağıdakılar deməkdir: Promouter (reklam) — əmtəənin reklamı ilə bağlı məqsədli şəkildə məşğul olan şəxs və ya şəxslər qrupu. Promouter (idman) — boks yarışı ilə bağlı bütün maliyyə və təşkilatı işlərlə məşğul olan şəxs və ya şəxslər qrupu. Klub promouteri — gecə klublarında tədbirlərin təşkili ilə bağlı məşğul olan şəxs və ya şəxslər qrupu.
Post hoc ergo propter hoc
Post hoc ergo propter hoc (Latın dilindən tərcümədə: "bundan sonra, deməli buna görə") — məzmunu "X hadisəsindən sonra Y baş verirsə, deməli X hadisəsi Y hadisəsinə səbəb olur" olan qeyri-formal məntiqi səhv. Bu, adətən post hoc səhvi olaraq qısaldılır. Aydın olmayan səbəb müxtəlifliyi olan bu məntiqi səhv cum hoc ergo propter hoc ("bununla, deməli buna görə") səhvindən azca fərqlidir, hansı ki, ardıcılıq və ya xronoloji olaraq baş vermiş iki hadisə əhəmiyyətsiz və ya naməlumdur. Post hoc olduqca qaçınılmaz bir səhvdir, çünki korrelyasiya səbəb əlaqəsi hissi yaradır. Bu səhv nəticənin potensial səbəbkarı olan və qeyd edilən əlaqənin mövcud olmadığını sübut edə biləcək digər amillər əvəzinə, yalnız və yalnız hadisələrin gerçəkləşmə ardıcıllığından alınan nəticəyə əsaslanır. Bu səhvə sadə bir nümunə "xoruz günəşin doğmasından əvvəl banlayır, deməli xoruz günəşin doğmasına səbəb olur"dur. post hoc səhvinin forması belədir: A baş verir, bundan sonra B baş verir. Deməli, A-nın səbəbi B-dir. B arzuolunmaz bir şeydirsə, bu nümunə antesedentin inkarı formal məntiqi səhvi ilə kombinasiya edilir. Beləliklə, bu fərz edilir: A-dan yayınmaq B-nin qarşısını alır.