Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qırmızıqaşlılar üsyanı
Qırmızıqaşlılar üsyanı (çin. 赤眉; pinyin: Chìméi) eramızın 1-ci əsrdə Çində baş vermiş kəndli üsyanı. Lülinlə birlikdə Vanq Mangın qısa ömürlü Xan sülaləsinə qarşı iki böyük kəndli üsyanından biri idi. Adını üsyançıların qaşlarını qırmızıya boyamalarından almışdır. 11-ci ildə Xuanxe çayı qarçısına çıxan şəhər və qəsəbələri məhv edib tarlaları basaraq məcrasını dəyişdi. Ölkədə hökm sürən xaos çoxsaylı kəndli üsyanlarına gətirib çıxardı. Eramızın 17-ci ilində Şandunda Fan Çunun başçılığı altında güclü üsyan baş qaldırdı. Qiyamçılar fərqlənmək üçün qaşlarını qırmızı rəngə boyayırdılar, bu səbəbdən də onları qırmızıqaşlılar adlandırırdılar. 23-cü ildə Fan Çun hökumət qoşunlarını məğlub edib paytaxt Çanyanı ələ keçirdi. Van Man özünə qəsd etdi.