Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qırxpillə abidəsi
Qırxpillə abidəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində kəhriz sistemləri üzərində inşa edilən tarixi abidə. Bişmiş kərpicdən və ya yerli materialdan inşa olunmuşdur. Belə abidələr Şahtaxtı, Qarabağlar, Naxçıvan və digər yerlərdə də var. Yaşayış məntəqələrində daha çox rast gəlinir. Hazırda Ordubad və Əylis məntəqələrində bu abidələr xalq tərəfindən mühafizə olun maqdadır. Tədqiqatçılar Ordubad, Əylis kəhriz sistemləri üzərində inşa olunmuş Qırxpillələri Azərbaycanın qədim irs abidələrindən biri hesab edirlər. Dərinlikdən asılı olaraq Qırxpillələrdə pillələrin sayı müxtəlif olur, yəni “40 pillə” sözü şərtidir. Riyazi məntiqdə isə 40 pillədə hər pillənin hün dürlüyü 20 sm hesablanarsa (40 x 0,2 m = 8 m), onda Ordubaddakı kəhrizlərin orta dərinliyinin 8 metrə yaxın olması həqiqəti təsdiq edilər. Pillələrin düzülüşü həyətin şəraitinə və kəhrizin dərinliyinə görə birbaşa enən və ya döngəli, yəni 10-15 pillədən bir istiqamətini dəyişərək dolanan pilləli olur. Qırxpillələrdə həmişə sabit tem peratur (+8-100C) olduğun dan ilin fəslindən asılı olmayaraq, oraya qoyulmuş ərzaq xarab olmur.
Quşlu çeşmə üzərində qırxpillə
Quşlu çeşmə üzərində qırxpillə — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində 16–18 əsrlərə aid Quşlu çeşmə kəhrizi üzərində inşa edilmiş tarixi abidə. Onun inşasında əsasən yerli materiallardan və tuf daşlarından istifadə edilmişdir. Abidə kəhrizin yer səthinə çıxışının sonunda meyilli relyef şəra- itinin nəzərə alınması prinsipində inşa olunmuşdur. Abidənin hündürlüyü 2,2 m, eni 1,4 m, suyun çıxışının töküldüyü hovuzdan olan hündürlüyü 0,8 metrdir. Kəhrizin Quşlu çeşmə adlandırılması abidənin üzərində, suyun axdığı novun sağ və sol tərəfində daş üzərində həkk olunmuş quş rəsmlərinə görədir. Abidənin ətrafında aparılan bərpa işləri onun qarşı tərəfdən görünüşünü məhdudlaşdırmışdır.