Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraayaq pişik
Qaraayaq pişik (lat. Felis nigripes) — pişik cinsinə aid heyvan növü. Orta hesabla kütləsi 1,6 kq, bədəninin uzunluğu 36–52 sm, quyruğunun uzunluğu 13–20 sm olur. Afrikanın cənub hissələrində səhralıqlarda yaşayır. Rəng çaları sarı-qumsal rəngindədir və tünd xallara malikdir.
Qaraayaq qızılquşcuq
Qaraayaq qızılquşcuq (lat. Microhierax fringillarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin cırtdan qızılquş cinsinə aid heyvan növü.
Qaraayaq seriem
Qaraayaq seriem (lat. Chunga burmeisteri) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü. Qaraayaq seriem təbii şəkildə subtropik və tropik meşələrdə və kolluq ərazilərdə yaşayır.
Qışlayan qatırquyruğu
Qışlayan qatırquyruğu (lat. Equisetum hyemale) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Çoxillik bitkidir. Gövdəsi 120 sm hündürlükdədir. Qını silindrik, gövdəyə sıxılmış, bütövlükdə qara, qaidədə və ya ortada eninə yaşıl zolaqlıdır. Strobiləri (spor sünbülləri) oturaq, yumurtavari, sivri və ya uzunsov-yumurtavari, 2 sm uzunluğundadır. Dişiçikləri erkən tökülən, gövdəsi budaqlanmayan. Sporların yetişmə dövrü iyun-avqust aylarıdır.