QARABATDAQ

is. zool. Balıqla qidalanan uzunboğaz, qısaayaq, cəld üzən su quşu.
QARABAŞLIQ
QARABƏXT
OBASTAN VİKİ
Qarabatdaq
Qarabatdaq (lat. Phalacrocorax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinə aid heyvan cinsi.
Böyük qarabatdaq
Böyük qarabatdaq (lat. Phalacrocorax carbo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədəninin uzunluğu 90 sm, qanadları açılı vəziyyətdə 160 sm, kütləsi 3,5 kq-a çatır. Ucu əyri dimdiyi, uzun boynu və böyük qara kəkili olur. Rəngi əsasən yaşıl çalarlı qaradır. Boğazı və yanağı ağ rəngdədir. Bəzi böyük fərdlərin başı və boynu boz rəngdə olur. Cavan quşların boz-qonur rəngdə olub qarınları ağ olur.
Kiçik qarabatdaq
Microcarbo pygmaeus (lat. Microcarbo pygmaeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin microcarbo cinsinə aid heyvan növü.
Qarabatdaq adası
Qarabatdaq adası — Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşən kiçik ada. Abşeron yarımadası ilə Çilov adası arasında yerləşir. Düzən relyefə malikdir. Okean səviyyəsindən −29 metr aşağıda yerləşir.
Qarabatdaq balıqçılığı
Qarabatdaq balıqçılığı – kiçik çaylarda balıq tutmaq üçün istifadə olunan ənənəvi metod. Əsasən Yaponiya və Çində yayılmışdır. Bu metodda xüsusi təlim keçilmiş qarabatdaqın köməyin istifadə olunur. Yaponiyada qarabatdaq balıqçılığı ukay (鵜飼) adlanır. Yaponiyada bu cür balıqçılığın tarixi VII–VIII əsrlərə gedib çıxır. Ən məşhur qarabatdaq balıqçılığı yeri Gifu prefekturasının Naqara çayıdır. Burada 1300 ildən çoxdur ki, qarabatdan balıqçılığı metodu ilə balıq tuturlar. Oda Nobunaqa bu çayda ukay metodu ilə tutulmuş ayunu elə bəyənmişdi ki, bu metodla balıq tutan yüzlərlə balıqçıya uşo titulu vermişdir. Qarabatdaq balıqçıları may–oktyabr aylarında kiçik qayıqlara minib çay axını boyunca hərəkət edirlər. Adətən bir qayıqda iki balıqçı və iki qayıqçı olur.
Qulaqlı qarabatdaq
Qulaqlı qarabatdaq (lat. Phalacrocorax auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Qarabatdaqlar
Qarabatdaqlar (lat. Phalacrocoracidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinə aid heyvan fəsiləsi. Eyni adlı cinsin (Phalacrocorax Briss., 1760) 2 növü Azərbaycanda yaşayır. Bu quşlar möhkəm bədənli iri quşlardır. Quyruğu uzundur. Dimdiyinin ucunda qarmaq, gövdəsində isə çılpaq dəri vardır. Rəngi qaradır. Suda çox yaxşı üzür və suya baş vurur. Suda sanki dərin oturur, quyruğunu suya salır. Quruda şaquli vəziyyətdə dayanır.

Значение слова в других словарях