Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızılirmaq
Qızılirmaq (türk. Qızılirmaq), əvvəllər Halis — başlanğıcını Türkiyənin Şərqi Anadolu bölgəsindən götürür və Qara dənizə tökülən çaydır. Qızılirmaq çayı başlanğıcını Anadolunun şərqində yerləşən Sivas vilayətindəki Qızıldağın cənub yamaclarından, 2000 metr yüksəklikdən götürür. Sivas, Kayseri, Nevşehir, Kırşehir (110 km), Kırıkkale, Ankara, Çankırı (30 km), Çorum (182 km) və Samsun vilayətlərindən keçib Bafra boğazında Qara dənizə tökülür. 1355 km. Uzunluğu (841 mil) ilə Türkiyənin öz sərhədlərində başlayan və sərhədləri daxilində dənizə axan ən uzun çayıdır. Sivas, Kayseri, Nevşəhər, Kırşəhər, Kırıkkale, Ankara, Çanqırı, Çorum, Sinop və Samsun illərindən keçən Qızılirmaq, Delice irmağı, Devrez və Gökırmak kimi bir çox çayların sularını toplayır və böyük bir döngə çəkərək Bafra burnundan Qara dənizə tökülür. Qızılirmaq Qara dənizə töküldüyü ərazi də daxil olmaqla 56.000 hektar deltası ilə Türkiyənin ən əhəmiyyətli bataqlıq ərazilərindən biridir. Çay üzərində tikilmiş 12 bənd və su-elektrik stansiyası ilə ölkənin enerji istehsalında mühüm yer tutur və keçdiyi vilayətlərdə kənd təsərrüfatı sahələrinin suvarma fəaliyyətində çayın suyundan istifadə olunur. Çay Mərkəzi Anadolunun ən şərq nöqtəsi olan Sivas ilinin İmranlı ilçəsindəki Kızıldağın cənub yamaclarından, təxminən 39,8° Şimal və 38,8° Şərqdə başlayır, əvvəlcə qərbdən və cənub-qərbdən 38,7° Şimaldan 34,8° Şərqə axır, sonra qövs əmələ gətirir.
Qızılirmaq (Çankırı)
Qızılirmaq: Çanqırı ilinin bir ilçəsidir. Çanqırı şəhər mərkəzinə olan uzaqlığı 56 km-dir.
Qızılirmaq (Çanqırı)
Qızılirmaq: Çanqırı ilinin bir ilçəsidir. Çanqırı şəhər mərkəzinə olan uzaqlığı 56 km-dir.
Qızılirmaq deltası
Qızılirmak deltası — kifayət qədər geniş ərazini əhatə edən və bataqlıqlaşmış ərazi. Türkiyənin Qaradəniz bölgəsində Qızılirmaq çayının məsəbində yerləşir. Ramsar konvensiyasına və ya su-bataqlıq sahələri üzrə konvensiyaya görə Qızılırmak deltası su quşları ilə zənginliyi səbəbindən beynəlxalq əhəmiyyətə malikdir Deltanın düzənlik sahələri kənd təsərrüfatına gəlb edilmişdir. Delta bitki və quşlar aləminin rəngarəngliyi baxımından böyük əhəmiyyət daşıyır Delta qorunan bölgə elan edilmişdir. Deltanın sahəsi 56000 hektardır. Lil və qumla əhatələnmiş göllər vardır. Bunlara misal kimi Bafra, Balık və Gellari göstərmək olar. Bataqlaşmış sahələr dənizdən qum dyunləri ilə ayrılır. Qum dyunları bəzən 7-8 metrə çatır. Deltanın təbii şəraiti dənizə yaxınlığı, meşələr, bataqlıqlar, dyunlar, qamışlıq, çay qolları və göllərlə səciyəvidir.