Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qənaətcil istehsal
Qənaətcil istehsal- maşın istehsalında israfların aradan qaldırlmasına yönələn, eyni zamanda təminedici, sifarişçi və daxili strukturlar tərəfindən yaranan meyillənmələri minimallaşdıran emal strategiyasıdır. Tayota istehsal sisteminin tərkib hisəssi olan bu strategiya 1980-ci illərdə araşdırılıb, effektivliyi sübut oldunqdan sonra, digər avtomobil istehsalçıları da bu strategiyadan bəhrələnməyə calışmışlar. Qənatəcil istehsalın çevik, tələbəta uyğun və mərkəzsiləşdirilmiş qrup şəklində iş üslubuna calışan planlama konseptidir. O, işçilərin keyifiyətə yüksək məsuliyyəti və istehsal mərhələləri arasında kiçik material buferləri ilə səciyyələnir. Qənatəcil istesalın tətbiqi müəssisə ilə onun sifarişçiləri və təminatçıları, həmçinin onun elmi tədqiqatla məşğul olan şöbəsi, alış-veriş və istehsal sahələri arasında optimal razılaşma şəraitində fəaliyyət göstərən informasiya mübadiləsini tələb edir. Bu istehsalın təbiqi zamanı: Yalnız lazım olan məmul, lazımı vaxtda hazırlanır. Bu, istehsal həcmi, istehsal və təşkilata aid olanları əhatə edir, yerdə qalanlar isə israfçılıqdıır. Meydana çıxan xətalar yüksək prioritetlə araşdırılır və səbəbi müəyyənləşdirilir, onu aradan qaldırmaq üçün həll işlənir. Buna xətasız istesal deyilir. İstehsalda iştirak edən işçilərdən və təminatçı firmalardan daimi olaraq öz işlərinin keyfiyyətini artırmaq tələb olunur.
Qənaətcil startap
Qənaətcil startap (ing. Lean startup) — məhsulun inkişaf dövrlərini qısaltmaq və təklif olunan biznes modelinin məqsədəuyğun olub-olmadığını tez bir zamanda aşkar etmək məqsədi daşıyan biznes və məhsulların inkişafı üçün metodologiya. Buna iş hipotezinə əsaslanan təcrübələr, iterativ məhsul buraxılışları və təsdiq edilmiş öyrənmənin kombinasiyasını qəbul etməklə nail olunur. Qənaətcil startap planlaşdırmadan daha çox intuisiya və çeviklik üzərində müştəri rəyini vurğulayır. Bu metodologiya ənənəvi məhsul inkişaf üsulları ilə müqayisədə uğursuzluqların daha tez bərpasını təmin edir.
Sənətçi
İncəsənət xadimi və ya artist — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Qənaət
Qənaət — müəyyən bir müddət ərzində əldə edilən gəlirin bir hissəsi, cari istehlaka xərclənməmiş, lakin qənaət edilərək gələcək istifadəyə qoyulmuşdur. Əmanət anlayışı həm fərdi iqtisadi agentlərə (fərdlər, ev təsərrüfatları, firmalar) və həm də bütövlükdə iqtisadiyyata tətbiq edilə bilər. İstədiyiniz qənaət miqdarının vahid düzgün ölçüsü yoxdur. Bununla birlikdə, qənaət yaratmaq ağıllı bir strategiyadır, çünki qənaətlər müxtəlif gözlənilməz hadisələr zamanı maliyyə təhlükəsizliyini təmin edir. İqtisadi baxımdan qənaət təxirə salınmış istehlakdır. Kifayət qədər yüksək faiz dərəcəsi ilə, istehlakçı gələcəkdə daha çox istehlak üçün bugünkü istehlakın bir hissəsini qurban verməyə hazırdır. Optimum qənaət miqdarı gəlir miqdarından, fərdi üstünlüklərdən, faiz dərəcələrindən və digər amillərdən asılıdır. == Tərifi == Bütövlükdə ölkədə müəyyən bir müddət ərzində edilən əmanətlərə milli əmanət deyilir. Kimlər tərəfindən yaradıldığına görə, şəxsi və dövlət əmanətləri arasında fərq qoyulur. Xüsusi qənaət həm ev təsərrüfatları, həm də firmalar tərəfindən edilə bilər.
Qənati-Məlik
Qənati-Məlik (Kirman) — İranın Rabor şəhristanında kənd. Qənati-Məlik (Fars) — İranda kənd.
Yaqub Rzayev (sənətçi)
Yaqub Kazım oğlu Rzayev (1898, Bakı – 1975, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Yusif Dadaşov 1898-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyovun "Koroğlu" operasındakı Koroğlu obrazında bu partiyanın ifaçısı Bülbüllə ilk roldaş (dublyor) olub. Lirik-dramatik tenor səsə malik Yaqub Rzayev Moskvadakı Böyük Teatra sənət təcrübəsi keçməyə göndərilmiş ilk peşəkar azərbaycanlı solist-ifaçıdır. O, 1975-ci ildə Bakıda vəfat edib.
Yekaterina Volkova (sənətçi)
Nadir Hüseynov (sənətçi)
Nadir Hüseynov — Azərbaycanın tanınmış aktyoru və bədii qiraətçi, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən, Azərbaycanın əməkdar müəllimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. == Həyatı == Nadir Qəribağa oğlu Hüseynov 1952-ci il aprel ayının 25-də Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsinə daxil olub. İnstitutu bitirdikdən sonra bir müddət Lənkəran Dövlət Teatrında işləyib. 1977-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki Tədris teatrında aktyor işləyib, sonra isə “Səhnə danışığı” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Nadir Hüseynovun ilk uğuru 1975-ci ildə Lelinqradda keçirilən Ümumittifaq bədii qiraətçilər müsabiqəsindən başlayıb. O, bu müsabiqənin diplomantı olub. Sonrakı illərdə N.Hüseynov televiziya verilişləri, yubileylər, tədbirlər də aparıcı olub. Xüsusilə də Azərbaycan Dövlət Televiziyasında “Ozan” folklor toplusu verilişinin aparıcı olub, O bir mütəxəssis müəllim kimi uzun müddətdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Səhnə danışığı" fənnini tədris edir. Ölkənin tanınmış sənət xadimlərinin müəllimi olub.
Qənati-Məlik (Kirman)
Qanadi Malik — İranın Rabor şəhristanında kənd. == Əhalisi == 2006-cı ilin statistikasına görə 338 nəfər olmaqla 77 ailə qeydə alınmışdır. === Tanınmışları === Qasım Süleymani — general-mayor.
Elektrik enerjisinə qənaət edin
Elektrik Enerjisinə Qənaət edin (1960)
Elektrik enerjisinə qənaət edin (film, 1960)
Kosinus F-4 : Enerjiyə qənaət (film, 1937)