Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəndab Quliyeva
Qəndab Həbib qızı Quliyeva (10 avqust 1949, Dilağarda, Füzuli rayonu, Azərbaycan SSR – 26 iyun 2017, Bakı, Azərbaycan) — müğənni, aktrisa. Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyatı == Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976–1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaratmışdır. Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir.
Gəndab
Gəndab (Xudabəndə) Gəndab-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Gəndab-i Süfla (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Gəndab (Xudabəndə)
Gəndab (fars. گنداب‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (45 ailə).
Gəndab-i Süfla (Qürvə)
Gəndab-i Süfla (fars. گنداب سفلي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 203 nəfər yaşayır (59 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Gəndab-i Ülya (Qürvə)
Gəndab-i Ülya (fars. گنداب عليا‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 918 nəfər yaşayır (243 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.