Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaflan Muradov
Qaflan bəy Muradov (d. 1890, Muradbəyli, Ağdam, Şuşa, Yelizavetpol, Rusiya İmperiyası – ö. 1970, Ağdam, Azərbaycan SSR, SSRİ) — Azərbaycan-sovet aktyoru, Azərbaycan SSR Əməkdar Artisti. Qaflan bəy Məmmədrza bəy oğlu Muradov 1890-cı ildə Ağdamın Muradbəyli kəndində anadan olub. Azərbaycan SSR əməkdar artisti Qaflan bəy Muradov 1970-ci ildə Ağdam şəhərində vəfat etmişdir. Bəzi araşdırmalarda göstərilir ki, o, 1908-ci ildə Ağdamda ikisinifli rus-tatar məktəbində oxuyub. Qaflan Muradov Azərbaycan teatr sənətində yaddaqalan obrazlar yaradıb. Məktəb illərində direktor Əhməd bəy Abbasovun rəhbərliyi ilə məktəbdə ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyası əsasında tamaşa hazırlanır. Yetər rolu məktəbin şagirdi Qaflan Muradova həvalə olunur. İlk tamaşa böyük səs-küyə səbəb olur: Əhməd bəy Abbasov, həmçinin tamaşanın yaradıcı heyəti cahillər tərəfindən təhqir hədəfinə çevrilir.
Qaflan dağı
Qaflan dağı - Azərbaycanın Qax rayonunda hündürlüyü 2879 metr olan dağ. Böyük Qafqaz sıra dağlarının cənub şərq hissəsində yerləşir. Qaflan dağı Qaflan silsiləsinin ən böyük zirvəsidir. Alp və subalp çəmənləri var.
Qaflan bəy Muradov