Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çaqqallıq təpələri
Çaqqallıq təpələri — Azərbaycan Respublikası Şabran rayonunun Aygünlü kəndindən 0,5 km. cənub-qərbdə, Samur-Abşeron kanalının hər iki sahilində Erkən tunc dövrünə aid yaşayış yeri. İki təpədən ibarətdir. Hündürlüyü 12 metr, sahəsi 2300 kv. metr olan birinci təpə Samur-Abşeron kanalının inşası zamanı dağılmış, 3 metr qalınlığında mədəni təbəqə aşkar olunmuşdur. Hündürlüyü 6 metr, sahəsi 2600 kv. metr olan ikinci təpədə mədəni təbəqə (qalınlığı 2 metrə yaxın) müəyyənləşdirilmişdir. Çaqqallıq təpələri, əsasən, qara rəngli, üstü cilalı gil qab (cam, çəllək, vaza və s.) qırıqları, daş məmulatı, çəkiclər, gəzli balta, oraq dişi, dən daşları və s. tapılmışdır. Yaşayış yeri Erkən Tunc dövrü əkinçi tayfalarının mədəniyyəti üçün səciyyəvidir.
Maak qanqalı
Maak qanqalı (lat. Cirsium maackii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Vlasov qanqalı
Vlasov qanqalı (lat. Cirsium vlassovianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Ərəb qanqalı
Adi çaqqal qanqalı
Çaqqallıq təpələri yaşayış yeri
Çaqqallıq təpələri — Azərbaycan Respublikası Şabran rayonunun Aygünlü kəndindən 0,5 km. cənub-qərbdə, Samur-Abşeron kanalının hər iki sahilində Erkən tunc dövrünə aid yaşayış yeri. İki təpədən ibarətdir. Hündürlüyü 12 metr, sahəsi 2300 kv. metr olan birinci təpə Samur-Abşeron kanalının inşası zamanı dağılmış, 3 metr qalınlığında mədəni təbəqə aşkar olunmuşdur. Hündürlüyü 6 metr, sahəsi 2600 kv. metr olan ikinci təpədə mədəni təbəqə (qalınlığı 2 metrə yaxın) müəyyənləşdirilmişdir. Çaqqallıq təpələri, əsasən, qara rəngli, üstü cilalı gil qab (cam, çəllək, vaza və s.) qırıqları, daş məmulatı, çəkiclər, gəzli balta, oraq dişi, dən daşları və s. tapılmışdır. Yaşayış yeri Erkən Tunc dövrü əkinçi tayfalarının mədəniyyəti üçün səciyyəvidir.
Qarğalıq
Qarğalıq (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Qarğalıq (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qarğalıq (Naxçıvan) — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir.
Qarğalıq (Masallı)
Qarğalıq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin sayı 1705 nəfərdir. Qarğalıq oykonimi coğrafi obyekt adı olmaqla qədim türk tayfalarından birinin adı olan qarqaikarqa və qədim türk dilli abidələrdə bir sıra mənalarla yanaşı, həm də -/* şəkilçisinin sinonimi kimi mənsubluq, aidlik mənasında işlənmiş -hq şəkilçisindən ibarət olub “qarğa tayfasına məxsus (kənd)” mənasını daşıyır. Karqa etnonimi mənbələrin birində qaraqalpaklann bir qolunun adı kimi qeyd edilir. Bu ada Qərbi Sibir, qırğız və özbək xalqlarının arasında da rast gəlinir. Keçən əsrdə Tatarıstanda Karqalı, Şimali Qazaxıstanda Karqalı, Krımda Karqalıq toponimləri qeydə alınmışdır.
Qarğalıq (Naxçıvan)
Qarağalıq — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir. Qəsəbə Araz çayının sahilində, şəhər mərkəzindən cənub-qərbində 7 km məsafədə yerləşir. Culfa - Uluxanlı dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Hazırda stansiya kimi də istifadə olunur. Qarğalıq qəsəbəsinin adı qarğa(türk qəbiləsindən birı) və -lıq şəkilçisinin komponentlərindən yaranmış, mənası "Qarğa qəbiləsinə mənsub yer" deməkdir. Qarğa etnonimi həmçinin başqa türk xalqalrında da Azərbaycandakı kimi işlənməkdədir. Məsələn, qaraqalpaq tayfalarından birinin adı kimi də qeyd olunur. Bu ada qırğızlar və özbəklər arasında, əlavə olaraq Qərbi Sibiri də türk xalqları arasında çox rast gəlinir. Krımda, Şimali Qazaxıstan, Tatarıstanda da Qarğalı toponimlərinə çox rast gəlinir.
Qarğalıq (Xaçmaz)
Qarğalıq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.