Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siqnal qarışdırıcı
Jammer: Jammer-Siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) , qarşılıqlı sistemdə aradakı əlaqəni pozmaq üçün yaradılmış cihaz. Müasir texnikada alıcını (əksəriyyətlə radio) hədəfləyən qüvvətli bir ötürücü. Siqnalın daşınma şəkli ən sıx elektromexaniki dalğa olmaq üzrə səs, işıq (UV-dən IR-yə qədər) də ola bilər. Alıcının həssas olduğu bant aralığında yüksək gücdə siqnalı qəbul edərək alıcının giriş nötəsinin bütün bant üçün təzyiqlənməsini təmin edir və alıcını “karlaşdırar”. Siqnal boğucu, alıcıda seçicilik və həssaslıq xüsusiyyətlərini hədəf alır. Q faktoru yüksək alıcılar bu cür maneə törətmələrə qarşı daha müqavimətlidirlər. Əsasən aşağıdakı yerlərdə tətbiq olunur: İctimaiyyətdə yüksək səslə radio-tv dinləmələrinə maneə törətmək. Kino, konsert, teatr kimi cib telefonlarının istifadəsinin qadağan olunduğu mühitlərdə nizamı təmin etmək üçün. Uzaqdan idarə edilən alətlərin işinə maneə törədilməsi. Uzaqdan idarə edilən bombaların əvvəlcədən atılması ya da bloklanması.
Qarışıq Milliyətlilik
Qarışıq milliyətlilik, fərqli milliyətlilik və ya qarışıq irqlilik (ing. Multiracial, half cast, mixed-race) — fərqli millətlərə və ya irqlər malik insanlar üçün istifadə olunan termindir. Bu termin ilə insanlar valideynlərinin mənsub olduğu ölkələrə, millətlərə, dinə və irqə görə ayrılır. Lakin bundan başqa bəzi təhqir xarakterli terminlərdə mövcuddur.
Qarışıq akasiya
Qarışıq akasiya (lat. Acacia confusa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Çoxillik ağac bitkisidir və 15 m hündürlüyə qədər böyüyür. Növ Tayvanda, eləcə də Malayziyadan Filippinə qədər yayılmışdır. Ağacdan bu günlərdə musiqi alətləri, mebel və vanna kimi yüksək qiymətli ağac məhsullarının istehsalında istifadə edilir. Bitki xalq təbabətində istifadə olunur və Tayvanda bitki mənşəli dərman mağazalarından (草藥店) əldə etmək olar. Buna baxmayaraq, onun tibbi effektivliyini dəstəkləmək üçün heç bir klinik tədqiqat aparılmamışdır. Acacia richii auct.
Qarışıq armud
Qarışıq armud (lat. Pyrus complexa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanda arealı vardır. Hündürlüyü 10 m, gövdəsinin diametri 10-12 sm çatan ağacdır. Çətiri şaxələnmiş, bir az sallaqdır. Budaqları iynəli və qonur qabıqlı, cavan budaqları tükcüklü, sonradan təxminən çılpaqdır. Tumurcuqları iri, qonur, qırmızımtıl çalarlı, yumurtavari-konusvaridir.Yarpaqları oval-yumurtavari, uzunluğu 8 sm-dək və eni 4 sm-dək, ucu biz, hər tərəfdən tükcüklüdür. Qalxanı çoxçiçəklidir. Meyvələri yumru, basıq, diametri 2-3 sm olub sarımtıl rəngli, şarşəkillidir. Aprel-may aylarında çiçəkləyir, avqust ayında meyvəsi yetişir.
Qarışıq iqtisadiyyat
Qarışıq iqtisadiyyat (ing. Mixed economy) — iqtisadiyyatda, əksərən bazar iqtisadiyyatının variyasiyası. Qarışıq iqtisadiyyat özü-özlüyündə ictimaiyyətin sosial problemlərinin həlli istiqamətində bir sıra məxsusi tipoloji — liberal, sosial orientasiyalı və sosial-demokratik modelləri ehtiva edir.
Qarışıq quşarmudu
Qarışıq quşarmudu (lat. Sorbus commixta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Saxalın, Yaponiya, Koreyada rast gəlinir. Hündürlüyü 7-10 m-dək (bəzən 18 m çatır) olan, yarpağını tökən ağacdır. Çətiri yumru və uzun, qabığı qonur gümüşü-boz rənglidir. Yarpaqların uzunluğu 20-30 sm, lələkvari formalı, 9-13 lansetvari yarpaqlı, ucu biz və kənarları dişlidir. Payızda yarpaqları tünd bənövşəyi və ya qırmızı rəngli olur. Çiçəklərin diametri 6-10 mm, beş ağ ləçəkli və 20 sarımtıl-ağ erkəkcikli, yazda və ya yayda diametri 9-15 sm olan qalxan əmələ gətirir. Meyvəsi diametri 7-8 mm olan, parlaq qırmızı giləmeyvədir, payızda yetişir. Şaxtaya davamlılıq dərəcəsi 5-9.
Qarışıq turşu
Göy bibər - 6 kq Göy pomidor - 4 kq Kök - 4 kq Kələm - 4 kq Albalı (heyva, üzüm və s.) yarpaqları - zövqə görə. Duz - 250 qram Hazırlamaq üçün göy bibər, göy pomidor, kök, 4 yerə bölünmüş kələm götürülür, doğranılır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun (şorabanın) dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə şorabanı sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır. Evdarlıq, Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1990. səh.240.
Qarışıq vulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.
Kafalar qarışıq
Kafalar qarışıq — 2018-ci il istehsalı Türk komediya filmi. Filmin baş rollarında "Kafalar" YouTube kanalının sahibi Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin oynayır. == Mövzu == Atakan və sevgilisi Busə xoşbəxt sevgililik həyatı yaşayırlar. Cütlüklər evlənməyi qərara alırlar, lakin Busənin babası bu evliliyə razı olmur. Atakan nə edirsə etsin Busənin babasını yola gətirə bilmir və yerdə tək çarə qalır, oda Busənin illərdir itkin olan atasını tapmaq. Öz qayınatasını tapmaq üçün macəraya atılan Atakana dostları Fatih və Bilal kömək edir.
Mumiya qayıdır
Mumiya qayıdır (ing. Mummy Returns) — 2001-ci ildə istehsal olunmuş Mumiya seriyasının ikinci seriyasıdır. 1933-cü il.Filmin ilk hissəsində baş vermiş hadisələrdə artıq 10 il keçmişdir. Macərapərəst Rik O'Konnell indi varlıdır. Rik gözəl Evelinlə evlənib və oğlu 7 yaşlı oğlu Aleksin tərbiyəsiylə məşğuldur. Amma tale bu xoşbəxt ailəyə rahatlıq vermir. Qəddar kahin İmhotep Ank-Su-Namunun köməyi ilə Reinkarnasiya edilərək dirilmişdir. Balaca Aleks Londonda əlinə Am-Şerə gedən yolu göstərən taxmacığı taxan zaman mumiyalar tərəfindən keçirilir. İndi Rik, Evelin Aleksi xilas etmək üçün cəmi yeddi günləri var... Mumiya qayıdır — Internet Movie Database saytında.
Qarışıq dil
Qarışıq dil — dilçilikdə fərqli dillərin elementlərinin bir-birinə inteqrasiya olunaraq tamamilə yeni bir dil yaratmasını ifadə edir. Bu tip dillər əsasən iki və ya daha çox dildə danışan icmalarda yaranır və ana dil olaraq istifadə edilir. Qarışıq dillər, adətən, sadəcə fərqli dillərin qarışıq formada istifadəsi deyil, iki dilin struktur elementlərinin birləşməsindən əmələ gələn yeni dillərdir. Qarışıq dillər sırf lüğət mübadiləsi və ya kod keçidindən fərqlənir, çünki burada fərqli dillərin qrammatik strukturları da bərabər şəkildə birləşir. == Başqa dillərlə müqayisəsi == Dilçilikdə bu termin bəzən pidgin və kreol dilləri ilə əlaqələndirilir. Bu dillər də müxtəlif dillərin təsiri altında yaranan qarışıq dillər kimi qəbul olunur, amma pidgin və kreol dilləri ilə əlaqələndirilir. Bu dillər də müxtəlif dillərin təsiri altında yaranan qarışıq dillər kimi qəbul olunur, amma pidgin və kreol dilləri ilə qarışıq dillər arasında fərqlər var. === Pidgin dilləri === İki və ya daha çox dilin daşıyıcılarının qarşılıqlı anlaşma üçün yaratdığı sadələşdirilmiş dillərdir. Pidgin dilləri adətən məhdud kontekstlərdə, məsələn, ticarət və ya müvəqqəti ünsiyyət üçün istifadə edilir və ana dili kimi danışılmır. === Kreol dilləri === Pidgin dillərinin ana dili olaraq danışılmağa başlanması və zamanla inkişaf etməsindən yaranan dillərdir.
Qafqaz qarışıq meşələri
Qafqazın qarışıq meşələri ekoregionu Qərbi Asiya və Şərqi Avropanın florasına yaxındır. Onlar bütün Qafqaz dağlarını örtür. Qafqaz dağları Avropa və Asiyanın sərhəddində yerləşməsi burada qarışıq meşələrin yaranmasına səbəb olur. Ən yüksək nöqtəsi Elbrus zirvəsidir. Qafqazın florası Lagpdekdə, Brojomi-Xaraqaulidə, Tuşeti Milli parklarında və Zaqatala qoruqlarında qorunur. Ekoregionun sahəsi 170,300 kv.km-dir.
Qarışıq döyüş sənəti
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Qarışıq döyüş sənətləri
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Qarışıq meşələr zonası
Qarışıq meşələr zonası — mülayim qurşaqda qarışıq iynəyarpaqlı və enliyarpaqlı meşələrin ərazisi. Bu meşələr ən çox mərkəzi Çin və Şimali Amerikanın şərqində yayılsa da, Qafqaz, Himalay, Cənubi Avropa və Rusiyanın Uzaq Şərqində də yayılmışdır.
Qarışıq meşələrin torpaqları
Qarışıq meşələrin torpaqları — Tayqa meşələri zonasından cənubda qarışıq meşələr — iynə və enliyarpaq ağaclardan ibarət meşələr zonası. Bu meşələr xüsusilə Şərqi Avropa düzənliyində geniş ərazini əhatə edir. Ural dağlarından şərqə davam edərək Amursahili zonaya qədər uzanır, lakin bütöv qurşaq əmələ gətirmir. Şimali Amerikda bu torpaq tipi Mərkəzi Kanada torpaq vilayətinə düşür. Bu vilayət Mərkəzi Kanadanın Böyük düzənliyinə, Makkenzi və Ris-Ruver çaylarının hövzələrinə, Atabsaka və Saskaçevanın şimal hissələrini əhatə edir. Şərqi Avropada qarışıq meşələrin ağac tərkibi əsasən küknar, tozağacı, ağcaqovaq, Qərbi Sibirdə tozağacı və ağcaqovaq üstünlük təşkil edir. Qarışıq meşələrdə az-çox ot örtüyü yaxşı inkişaf etmişdir. Qarışıq meşələrdə biomassa tayqaya nisbətən çoxalır (2000–3000 s\ha). Şimali Amerikada qarışıq meşələrin ağac tərkibi kimidir: Fraxinus Pennsylvaniça, Ulmus Amerikana, Acer Negunqo və s. Qərbi Avropada qarışıq meşələr zonası iqliminə görə tayqa meşə landşaftı ilə müqayisədə bir qədər isti və yayı xeyli davamlıdır.
Kəs, köçür və yapışdır
Kəs, köçür və yapışdır (ing. cut, copy, paste) — əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.
Dalğalar Dənizə Qayıdır (1986)
Kafalar Qarışıq (film, 2018)
Kafalar qarışıq — 2018-ci il istehsalı Türk komediya filmi. Filmin baş rollarında "Kafalar" YouTube kanalının sahibi Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin oynayır. == Mövzu == Atakan və sevgilisi Busə xoşbəxt sevgililik həyatı yaşayırlar. Cütlüklər evlənməyi qərara alırlar, lakin Busənin babası bu evliliyə razı olmur. Atakan nə edirsə etsin Busənin babasını yola gətirə bilmir və yerdə tək çarə qalır, oda Busənin illərdir itkin olan atasını tapmaq. Öz qayınatasını tapmaq üçün macəraya atılan Atakana dostları Fatih və Bilal kömək edir.
Mumiya qayıdır (film, 2001)
Mumiya qayıdır (ing. Mummy Returns) — 2001-ci ildə istehsal olunmuş Mumiya seriyasının ikinci seriyasıdır. 1933-cü il.Filmin ilk hissəsində baş vermiş hadisələrdə artıq 10 il keçmişdir. Macərapərəst Rik O'Konnell indi varlıdır. Rik gözəl Evelinlə evlənib və oğlu 7 yaşlı oğlu Aleksin tərbiyəsiylə məşğuldur. Amma tale bu xoşbəxt ailəyə rahatlıq vermir. Qəddar kahin İmhotep Ank-Su-Namunun köməyi ilə Reinkarnasiya edilərək dirilmişdir. Balaca Aleks Londonda əlinə Am-Şerə gedən yolu göstərən taxmacığı taxan zaman mumiyalar tərəfindən keçirilir. İndi Rik, Evelin Aleksi xilas etmək üçün cəmi yeddi günləri var... Mumiya qayıdır — Internet Movie Database saytında.
Dalğalar dənizə qayıdır (film, 1986)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, çoxnövçülük)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, çoxnövçülük) — I Avropa Oyunlarında qarışıq cütlüylərin akrobatika gimnastikası idman növünün çoxnövçülük yarışları 19 iyun tarixində baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 8 dövlətin 16 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 89.310 xal toplayan Rusiya Federasiyasının gimnastları Marina Çernova və Georgi Pataraya oldu. Gümüş medalı Belçikalı Yana Vastavel və Solano Kassamajor, bürünc medalı isə Böyük Britaniyalı Anna Baun və Ryan Bartlett qazandı.
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cüt, çoxnövçülük)
I Avropa Oyunlarında aerobika gimnastikası idman növünün qarışıq cüt yarışları 17 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 10 dövlətin 20 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 21.150 xal toplayan İspaniya gimnastları Sara Moreno və Visente Li oldu. Gümüş medalı İtaliyaıı Miçela Kastoldi və Davide Donati, bürünc medalı isə Rusiya idmançıları Duxiq Janaziyan və Denis Solovyov qazandı.
Qarisi döyüşü
Qarisi döyüşü — gürcülərdən təşkil edilmiş ordu bölmələri ilə Səfəvi ordusu arasında müasir Gürcüstanın Tetritsqaro məntəqəsində 1556-cı ildə baş tutmuş döyüş. Hələ XVI əsrin birinci rübündə Səfəvilər Kartli və Kaxetiyanı tabe etməyə cəhd göstərmişdilər. Lakin onlar Gürcüstanın fəth olunması uğrunda ardıcıl mübarizəyə I Şah Təhmasibin dövründə başladılar. 1540–1554cü illərdə I Şah Təhmasib Gürcüstana dörd dəfə yürüş etmişdi. Farsdilli mənbələrə o, o cümlədən Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasibin Gürcüstana yürüşləri 1540–1541, 1546–1547, 1551 və 1554-cü illərə təsadüf edir. Münaqişənin əsası Amasya sülh müqaviləsindən dərhal sonra qoyuldu. Beləki, bu sülh müqaviləsinə görə əsasən gürcülərdən ibarət torpaqlar bu iki imperiya arasında nüfuz dairələrinə bölünürdü. Qərb torpaqları Osmanlı imperiyasının nüfuz dairəsində olmaqla birlikdə, şərqdəki Kartli və Kaxetiya çarlıqları, habelə Samtsxe knyazlığının şərq hissəsi Səfəvi imperiyasının nüfuz dairəsinə daxil olurdu. Lakin bu müqavilə imzalanan zamana qədər artıq uzun illər idi ki, Səfəvi ordusu gürcülərin paytaxtı hesab edilən Tiflis şəhərində yerləşdirilmişdi. Kartlidəki hökmdar I Luarsab tabe olmaq fikrində deyildi və Amasya sülhünün şərtləri bəlli olduqdan sonra onu tanımadığını elan etdi.
Quran qarisi
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Hey, meydan genişdir
Hey, meydan genişdir (bolq. Хей, поле широко) — İkinci Dünya müharibəsindən qalma bolqar partizan mahnısı. Bu, təkcə bolqarlar arasında deyil, həm də Yuqoslaviya partizanları arasında məşhur idi. Mahnının sözləri ilk dəfə "Bolqar fəhlə hərəkatının mahnıları 1891–1944" toplusunda dərc edilmişdir. Bir versiyaya görə, mahnının sözlərinin müəllifi teatr direktoru Lena Çençevadır. 1962-ci ildə Bolqarıstanda olmuş və Plovdivdə sovet əsgərlərinin xatirəsinə ucaldılmış "Alyoşa" abidəsini görən bəstəkar Eduard Kolmanovski şair Konstantin Vanşenkinlə gördüyü abidə ilə bağlı təəssüratlarını bölüşmüşdü. Vaşenkin bu təəssüratların təsiri ilə "Alyoşa" poemasını yazmış və Kolmanovski həmin şeir üçün musiqi bəstələyir. O, bəstəni hazırlayarkən "Hey, meydan genişdir" mahnısının motivindən istifadə etmişdir. SSRİ-də 1984-cü ildə “Hey, meydan genişdir” mahnısının partiturası "SSRİ–BXR dostluq mahnıları fortepiano müşayiəti ilə və olmadan səs və xor üçün" toplusunun bir hissəsi kimi nəşr edilmişdir.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.760 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.930 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.260 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri) — akrobatika gimnastikası üzrə Bakıda Milli Gimnastika arenasında keçirilən yarışların təsnifat mərhələsi. Təsnifat mərhələsi 17 iyun tarixində Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.300 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.690 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.650 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Çoxnövçülük)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, çoxnövçülük) — I Avropa Oyunlarında qarışıq cütlüylərin akrobatika gimnastikası idman növünün çoxnövçülük yarışları 19 iyun tarixində baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 8 dövlətin 16 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 89.310 xal toplayan Rusiya Federasiyasının gimnastları Marina Çernova və Georgi Pataraya oldu. Gümüş medalı Belçikalı Yana Vastavel və Solano Kassamajor, bürünc medalı isə Böyük Britaniyalı Anna Baun və Ryan Bartlett qazandı.