Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarıqışlaq
Qarıqışlaq — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd. Qarıqışlaq kəndi Minkənd çayının (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. XIX əsrin ortalarında 87 ailədən ibarət Qarıqışlaq kəndindən aşağıdakı məntəqələr yaranmışdır. Qızxanımatoyolan, Qılınclı, Quşçu, Mişni, Sadınlar, Soyuqbulaq və Hacılar. Oykonim “köhnə qışlaq, köhnə kənd” mənasındadır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bu kənd çar rusiyasının nəşr etdirdiyi, 1888-ci ilin coğrafi xəritəsində «Qarı-qışlaq» kimi göstərilir. Laçın rayonunun Qarıqışlaq kəndi rayonun ən qədim kəndlərindən biri idi. Kəndin köçkünlük ərəfəsində 365 ailədə 1600 nəfər əhalisi var idi.
Qamışlıq pişiyi
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Qamışlıq toyuğu
Qamışlıq vələmirquşu
Qamışlıq vələmirquşu (lat. Emberiza schoeniclus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. Azərbaycanda Xəzər yarımnövü yuvalayır. Qış vaxtında isə ona daha 6 yarımnöv qoşulur. Onlardan bəzisi qışlayır, bəzisi isə yalnız uçub keçir. Qamışlıq vələmirquşunun erkəyinin başı və boğazı qara, qanadları və quyruğu qonurdur. Beli kürənimtil-boz, qonur alalıdır. Dişinin və cavanların başı bozumtuldur. Cüt-cüt və sürü ilə gəzir. Növün arealı Avropa və Asiya, qışda isə arealın cənubudur.