Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güldən Qaraböcək
Güldən Qaraböcək (türk. Gülden Karaböcek) (4 noyabr 1953, Ankara) – türk pop musiqiçisi. Arabesk və pop üslubunda ifa etdiyi mahnılar ilə türk musiqi dünyasının önəmli adlarından biri hesab olunur. 28 avqust 1953-cü ildə İstanbulda doğulub. Musiqiyə marağı gənc yaşlarından başlayıb. 1970-ci illərin əvvəllərində peşəkar musiqi karyerasına qədəm qoyan Qaraböcək, həmin illərdə məşhur olan arabesk üslubunu pop musiqisi ilə birləşdirərək özünəməxsus musiqi üslubu inkişaf etdirməyi bacarıb.
Nəşə Qaraböcək
Nəşə Karaböcək (1 aprel 1947, İstanbul) — türk müğənni və aktrisa. Əsl adı Neşecan Göktürkdür. Hələ beş yaşında olarkən "Karaböcek" tamaşasında oynayıb və İsmət İnönü tərəfindən ona "Karaböcek" soyadı verilib. Sənətçi atasının dəmiryollarında çalışdığı vəzifəsinə görə İstanbulda doğulub. O, iki yaş yarımda olanda atasının təyinatı ilə bağlı ailəsi ilə birgə Ankaraya köçüb. 1968–1980-ci illərdə 12 il ərzində müxtəlif səsyazma şirkətlərindən 16 qızıl platin, 1 platin rekord, 1 qızıl bülbül və 2 qızıl kaset mükafatı alıb. 1981-ci ildə "Altın Plak" musiqi şirkətini quran sənətçi "Arabeskin anası" kimi tanınır.
Qaraköpək
Qaraköpək — Füzuli rayonunda Qurucay və Köndələncay vadisində təpə. Qaraköpək qədim yaşayış məskənlərindən biridir. Günəş təpədən 30-40 m şərqdə, Köndələncay sahillərində konusvari təpədir (Hündrürlüyü 50 m). Tunc dövrünə (e.ə. III-II minilliklər) aid yaşayış yeri olmuşdur. Qaraköpək Kəriqə (Kərəkə, Kərəkçə) təhrif olunmuş formasıdır. Qədim türk dillərində Kərüqə, kərəkə, Kərəkçə maldar elin dayanaçağı, köcəri maldarların qış evi, kecə ilə örtülmüş alacıqlar (sev.III, 24-25) və bək təpə sözlərindən ibarətdir.
Qarabörk
Qarabörk — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Rayonun mərkəzindən 3 km. cənubda, Şirvan düzündə yerləşir. Börk sözü Papaq Deməkdir Yeni Qarapapaq (Qarabörk), Qarapapaqlar Türk(Azərbaycanlı) Tayfa İttifaqıdır. Qazaxda Qarapapaq adlı kəndin adından məlumdur ki, Qarapapaqlar yaşayır. Qarapapaqlar Daha Çox Borçalıda və Gürcüstandakı Qədim Azərbaycan Torpaqlarında və Türkiyədəki Qars Ərdahan İğdır vilayətlərində yaşayırlar. Oykonim özündə qıpçaqların qarabörklü tayfasının adını əks etdirir. Etnotoponimdir. Əhalisinin sayı 3441 nəfərdir (2009-cu il). Kənddə Qarabörk kənd məscidi dini icması fəaliyyət göstərir.
Qaraböyük xanım sarayı
Qaraböyük xanım sarayı və ya Qara Böyük Xanım bürcü — Şuşa şəhərinin tarixi mərkəzində yerləşən tarixi saraydır. Mənbələrdə Şuşa qalası ərazisində bir neçə sarayın olması haqqında məlumat verilsə də, onlardan yalnız ikisi Qaraböyük xanım sarayı və Pənahəli xan sarayı dövrümüzə çatmışdır. Qaraböyük xanım qəsrinin giriş qapısı üzərindəki kitabədə onun hicri 1182-ci ildə (1768) inşa edilməsi göstərilmişdir. Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı. Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır. Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa edilmişdi. Şuşa qalasında inşa edilmiş qəsrlərdən yalnız ikisi dövrümüzə çatmışdır ki, onlar da biri qalanın cənub-şərq tərəfində yerləşən Qaraböyük xanım qəsri, digəri isə dərin yarğan yanındakı qaya kənarında ucalan Pənahəli xanın qəsridir.