Qaraböyük xanım sarayı

Qaraböyük xanım sarayı və ya Qara Böyük Xanım bürcüŞuşa şəhərinin tarixi mərkəzində yerləşən tarixi saraydır. Mənbələrdə Şuşa qalası ərazisində bir neçə sarayın olması haqqında məlumat verilsə də, onlardan yalnız ikisi Qaraböyük xanım sarayı və Pənahəli xan sarayı dövrümüzə çatmışdır. Qaraböyük xanım qəsrinin giriş qapısı üzərindəki kitabədə onun hicri 1182-ci ildə (1768) inşa edilməsi göstərilmişdir.[2]

Qaraböyük xanım sarayı
Kompleksi əhatə edən qala divarlarının bürclərindən biri
Kompleksi əhatə edən qala divarlarının bürclərindən biri
[[Fayl:Qaraböyük xanım sarayının fasadı və yan kəsimi.jpg |260px|Sarayı əhatə edən qəsrin fasadı və kəsimi[1]|frameless]]Sarayı əhatə edən qəsrin fasadı və kəsimi[1]
Xəritə
39°45′33″ şm. e. 46°45′24″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa Şuşa
Yerləşir Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Aidiyyatı Qarabağ xanlığı
Sifarişçi Pənahəli xan
Əsas tarixlər Əsası qoyulub: 1768-ci il
Tikilmə tarixi XVIII əsr
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.339
KateqoriyaSaray
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

[[Fayl:Qaraböyük xanım saayının planı.jpg

|274x400px|Sarayın planı|frameless]]Sarayın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi.[3] XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı.[4]

Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.[3] Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa edilmişdi.[5]

Şuşa qalasında inşa edilmiş qəsrlərdən yalnız ikisi dövrümüzə çatmışdır ki, onlar da biri qalanın cənub-şərq tərəfində yerləşən Qaraböyük xanım qəsri, digəri isə dərin yarğan yanındakı qaya kənarında ucalan Pənahəli xanın qəsridir.[2] Qaraböyük xanım qəsrinin giriş qapısı üzərindəki kitabədə onun hicri 1182-ci ildə (1768) inşa edilməsi göstərilmişdir.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Şuşanın tarixi mərkəzinin planında Qaraböyük xanımın sarayının yerləşməsi

Şuşa qalasındakı qəsrlərin özünəməxsus memarlıq xüsusiyyətləri qədim dövrlərdən səyyahlar və şəhər qonaqlarının diqqətini cəlb etmişdir. Məsələn XIX əsrin ortalarında "Qafqaz" (rus. Кавказ) qəzetində yazılır: "Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi üzvlərinin yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir: onlar özünəməxsus xarakterə malikdirlər. Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə edir."[6]

Tarixi bilinməyən baş plana əsasən müəyyən edilmişdir ki, demək olar ki, bütün Şuşa qəsrləri oxşar konfiqurasiyaya malik olmuşdur: planda düzbucaqlı formaya malik olmaqla, onların dörd küncündə müdafiə qüllələri yerləşdirilmişdi. Daxildən bu divarlara bitişik şəkildə qəsr sakinlərinə xidmət edənlərin yaşaması üçün saray tipli binalar inşa edilirdi.[2] Şuşa qəsrlərinin həcm-məkan və plan formalaşmasının həllinə Şahbulaq qalasının memarlıq xüsusiyyətləri təsir göstərmişdir.[2]

Şahbulaq qəsrində olduğu kimi bu qəsrlərin də girişləri şimal istiqamətində yerləşir.[2] Birbaşa girişdən müdafiə olunmaq üçün qapının qarşısında Г formalı keçidə malik prizmatik örtüklə tamamlanan qüllə ucaldılmışdı.[2]

Saray kompleksinə daxil olan birmərtəbəli yaşayış və xidməti binalar binanın daxili perimetri boyunca yerləşdirilmişdir. Onların damında 1.5 metr hündürlükdə qəsrin divarlarında mazğallar yerləşdirilmişdir. Beləliklə yaşayış binalarının damı müdafiə meydançalarına çevrilmişdir.[7]

Şimal istiqamətində yerləşdirilmiş əsas giriş qapısı İbrahimxəlil xan sarayında olduğu kimi həll edilsə də, burada qabağa çıxan prizmatik həcm ikimərtəbəlidir.[7] Onun ikinci mərtəbəsi həyətin yanlarında yerləşən daş pilləkənə aparır. Saray binasının yuxarı mərtəbəsində kompleksin sahibəsi və onun ailəsi məskunlaşmışdı.[7] Otaqların divarları və tağvari tavanları divar rəsmləri ilə bəzədilmişdir. Otaqların perimetri boyunca 1.80 metr hündürlükdə stalaktitlə dəstəklənən ləmpə keçir.[7]

Saray kompleksini əhatə edən qala divarlarının yuxarı qalxdıqca daralan qüllələri iki yarusludur.[7] Qüllələr gümbəzvari örtüyə malikdir. Qüllələrin birinci və ikinci mərtəbələrində daş kamin – burxarı və niş – taxçaların yerləşməsi onların da müdafiə xüsusiyyətindən başqa həm də yaşayış binası kimi istifadə edildiyini göstərir.[7]

Saray binasının həm tavan həm də divar hörgüsü yaxşı yonulmuş kiçik ölçülü daşlardan diqqət və səliqə ilə hörülmüşdür.[7] Plastik elementlərin işlənməsində zəriflik hiss olunur.[7]

  1. Саркисов, Ализаде, 1950. səh. 123
  2. 1 2 3 4 5 6 7 Авалов, 1977. səh. 25
  3. 1 2 Авалов, 1977. səh. 23
  4. Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964. 96.
  5. Адигезал-бек, Мирза. Карабах-наме. Баку. 1950. 63.
  6. Газета Кавказ, № 58. Тифлис. 1857.
  7. 1 2 3 4 5 6 7 8 Саркисов, Ализаде, 1950. səh. 122
  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
  • А. В. Саркисов, А. М. Ализаде. О некоторых архитектурных памятниках Шуши (Памятники архитектуры Азербайджана (сборник материалов), т. II). Москва-Баку. 1950.
  • Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.
  • Дубровин, Н. История войны и владычества русских на Кавказе (т.3). СПб. 1886.