Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaracoran
Qaracoran, Qaraceyranlı, Qaracaverən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimalda, Gərni çayının yanında, Zəngi çayından axan arxın sağ tərəfində yerləşir. 1972-ci il martın 15-nə kimi, yəni Nairi rayonu yaradılana kimi Əştərək rayonunun tabeliyində olmuşdur. Erməni mənbələrində kəndin adı Qaraceyranlı, Qaracaviran, Qaracaveran, Qaraceyran formalarında da qeyd edilmişdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Qaraca ərən formasında, Qafqazın 5 verstlik xəritəsində Qaracaran kimi qeyd edilmişdir. Toponim xəzərlərin qaraçor (>qaracor) türk etnoniminə cəmlik bildirən -an şəkilçisinin artırılması ilə əmələ gəlib «qaraçor» (>qaracor) tayfasının yaşadığı yer» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ertn. SSR AS RH-nin 4.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Aragyuğ (Arakənd) qoyulmuşdur.
Qaraşiran (Nir)
Qaraşiran (fars. قره شيران‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 720 nəfər yaşayır (176 ailə).
Qaraçoban düzü
Qaraçoban düzü - Şərur rayonu ərazisində düzənlikdir. == Relyefi == Qaraçoban düzü Şərur rayonu ərazisində, Sədərək kəndinin cənub-qərbində, Bozağıl, Qaradaş, Düz, Həsənqulubağ dağlarının arasında maili düzənlikdir ki, onun da mütləq yüksəkliyi 950-1000 metrdir. Səthi Bağırsaqdərə və bir sıra digər dərələr vasitəsilə zəif parçalanmışdır. Daimi axına malik olmayan Bağırsaqdərə çayı Qaraçoban düzünün şimal-şərqində iki qola ayrılır. Ərazidən qış və yay otlağı kimi istifadə olunur. Qaraçoban maili düzənliyi (800–1200 m) əsasən allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun səthi Cəhənnəm dərəsi, Bağırsaq dərəsi və bir sıra başqa quru dərələr vasitəsilə parçalanmışdır. Suayrıcları hamar və genişdir, çox zəif parçalanmışdır. Maili düzənliyin mərkəz hissəsində yerləşən Bağırsaq dərəsindən keçən sellər Sədərək düzündəki əkinlərə ciddi zərər verir. Qaraçoban maili düzənliyində inkişaf etmiş boz torpaqların tərkibində çoxlu çay daşı vardır.
Qansoran hünülər
Qansoran hünülər (lat. Simuliidae) – uzunbığlılar yarımdəstəsinə aid cücü fəsiləsi. == Ümumi məlumat == Hünülər (mığmığalar) bədən ölçüləri 2,8–6 mm olan xırda həşəratlardır. Ümumi rəngi boz və ya qaradır. İri başı faset gözlərlə örtülmüşdür. Bığcıqları 9-11 buğumlu, xortumcuğu gödəkdir. Ayaqları gödək, möhkəm, qara və ya qaramtıl-boz, bəzən ağ halqalıdır. Şəffaf qanadları sakitlik vaxtı üfüqi şəkildə bir-birinin üstünə qatlanır. Qarıncığı az və ya çox dərəcədə slindirik olub, yalnız zirvəyə doğru daralmışdır, səthi nisbətən sıx, gödək tükcüklərlə örtülmüşdür, qan sorub doymuş dişilərdə bəzən genişlənmiş olur. Azərbaycanda ayrı-ayrı illərdə Küryanı ovalıq rayonlarında hünülərin kütləvi hücumundan zəhərli sancmalarından kənd təsərrüfatı heyvanlarının kütləvi xəstələnməsi və tələf olması müşahidə edildiyindən, bu həşəratlar praktik maraq kəsb edir.
Qışlaq-i Təkquyu-i Qarapiran-i Həzrətqulu (Pərsabad)
Qışlaq-i Təkquyu-i Qarapiran-i Həzrətqulu (fars. قشلاق تكقوئي قره پيران حضرتقلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (14 ailə).