Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaracəlli
Qaracəlli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Qaracəlli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması üçün 425 000 manat vəsait ayrılmışdır.
Qaravəlli
Folklor Qaravəlli (ədəbiyyat) — Qaravəlli (tamaşa) — Yaşayış məntəqələri Qaravəlli (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Qaravəlli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Qaravəlli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qaravəlli (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Qaravəlli (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Qaravəlli (Balakən) — Azərbaycanın Balakən rayonunda kənd. Qaravəlli (Neftçala) — Azərbaycanın Neftçala rayonunda mövcud olmuş kənd.
Qaravəlli (1989)
Qaravəlli (rus. Гаравелли) — Azərbaycan cizgi filmi. Müəlliflər burada xalqımızın sevimli qəhrəmanları vasitəsilə bugünkü problemlərimizdən söhbət açırlar. Cizgi multiplikasiya filmində Azərbaycan şifahi xalq yaradıcılığından istifadə edilmişdir. Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva, Arif Məhərrəmov Kinooperator: Ramiz Ağayev Bəstəkar: Səyavuş Kərimi Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Firəngiz Quliyeva, Gülşən Quliyeva, M.Nanaziaşvili, Cahangir Süleymanov, Hüseyn Cavid İsmayılov Rəssam: Tamilla Əsgərova, Y.Bekker, Mehriban Əfəndiyeva, Lalə Məmmədova Rejissor assistenti: Sima Qurbanova (mövqe göstərilməyib) Assistent: Ziya Xəqani, Arifə Hatəmi Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qaravəlli (Ağcabədi)
Qaravəlli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaravəlli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaravəlli kəndi Gələbədin kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlli kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kənd XVII əsrdən bəri obalardan ibarət olub (Belqışlaq, Qaraqışlaq, Güllüqışlaq v.s.). XIX əsrdən Yelizavetpol quberniyasının Şuşa qəzasına daxil olub. Kolxozlaşma gedişində yuxarıda sayılan obalar bir yerə cəmləşdirilib. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur. Burdakı əhali əksərən tərəkəmə Qaravəlli elatından olanlardır. Zaman keçmiş və insanlar bu kəndin coğrafiyasına uyğunlaşmışlar. Qaravəlli elatının yaşı min ildən çoxdur. Qoca tarixin yazdığına görə Oğuz xanın 6 oğlundan böyüyü Gün xanın dördüncü (sonbeşik) oğlu Qaraevli idi.
Qaravəlli (Ağsu)
Qaravəlli — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd.
Qaravəlli (Balakən)
Qaravəli — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Qaravəlli (Neftçala)
Qaravəlli — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd.
Qaravəlli (Zərdab)
Qaravəlli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Qaravəlli Zərdab rayonunun qədim və zəngin tarixə malik kəndlərindən biridir. Qaravəllilər əvvəllər yarımköçəri maldarlıqla məşğul olmuş, Kür vadisinə XIX əsrin ikinci yarısında həmişəlik gəlmiş və əsasən oturaq həyata keçmişlər. Əlisəfa Məmmədov "Qarayazı düzündən Xəzər dənizinə qədər" kitabında yazır ki, Azərbaycanın qədim türkdilli tayfalarından olan qaravəllilər XX əsrin əvvəllərinə qədər əsasən Şirvanda, Araz boyunca – Mildə, Muğanda yaşayırdılar. Bu vaxt onların Şirvanda Qaravəlli-Alməmməd (ona Xanlıq da deyirdilər) və Qaravəlli (Tapdıq), Qaravəlli-Qambaybəy, Muğanda Qaravəlli, Arazın sol sahilində – Mil düzündə isə Qaravəlli və Minaxarlı (Qaravəlli) kəndləri olmuşdur. Şimali Azərbaycanda Qaravəlli adlı 8 kənd vardı. Qaravəllilər indi Azərbaycanın Gədəbəy, Ağsu, Zərdab, Ağcabədi, Şamaxı, İmişli və Balakən rayonlarının ərazilərində yerləşirlər. Qaravəllinin yaşlı sakinlərinin rəvayət etdiyinə görə ilk dəfə bu əraziyə Vəli, onun ardınca, daha sonra isə Hacıaxund adlı biri gəlib. Onların hər üçü Araz qırağından olub. Vəli kişinin rəngi qara olduğuna görə bu kəndin adını elə Qaravəlli qoyublar.
Qaravəlli (İsmayıllı)
Qaravəlli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Qaravəlli (Şamaxı)
Qaravəlli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı rayonu Mirikənd i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində “Şor dərə” çay dərəsi hövzəsindədir. Əhalisi 1143 nəfərdir (2009), 278 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Qaravəlli Qambay bəy olmuşdur. 1886 il əhalinin siyahıyaalmasında Şamaxı qəzasında Qaravəlli Qambaybəy köçünün (54 ailə, 272 nəfər) qeyd edilən ərazidə yaşadığı göstərilir. Qambay bəy adlı birisinə mənsub qaravəlli ailələri 19 əsrin 80-ci illərində Daştulan adlı yerdə oturaqlaşaraq kənd salmışlar. Kənd tayfanın adını daşıyır. 1919-cu il tarixində ermənilər tərəfindən 66 evlik Qaravəlli kəndində 40 kişi, 50 qadın, 30 uşaq öldürülmüşdür.
Qaravəlli (ədəbiyyat)
Qaravəllilər— Auditoriyanı güldürməyə xidmət edən, yumoristik məzmunlu nağıllara kiçik müqəddimə. Nəzmlə söylənir və əsasən satirik mahiyyət daşıyır.
Qaravəlli bələdiyyəsi
Qaravəlli bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Qaravəlli bələdiyyəsi (Ağcabədi) — Ağcabədi rayonunda bələdiyyə. Qaravəlli bələdiyyəsi (Zərdab) — Zərdab rayonunda bələdiyyə.
Qaravəlli-2 (1992)
Film satirik xalq folklorunun motivləri əsasında çəkilmişdir.
Qaravəlli (film, 1989)
Qaravəlli (rus. Гаравелли) — Azərbaycan cizgi filmi. Müəlliflər burada xalqımızın sevimli qəhrəmanları vasitəsilə bugünkü problemlərimizdən söhbət açırlar. Cizgi multiplikasiya filmində Azərbaycan şifahi xalq yaradıcılığından istifadə edilmişdir. Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva, Arif Məhərrəmov Kinooperator: Ramiz Ağayev Bəstəkar: Səyavuş Kərimi Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Firəngiz Quliyeva, Gülşən Quliyeva, M.Nanaziaşvili, Cahangir Süleymanov, Hüseyn Cavid İsmayılov Rəssam: Tamilla Əsgərova, Y.Bekker, Mehriban Əfəndiyeva, Lalə Məmmədova Rejissor assistenti: Sima Qurbanova (mövqe göstərilməyib) Assistent: Ziya Xəqani, Arifə Hatəmi Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qaravəlli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaravəlli bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraevli
Qaraevli boyu — Oğuz Xan Dastanına görə Oğuzların 24 boyundan biri və Divanü Lüğat-it-Türkdə iyirmi iki Oğuz boyundan onikincisi; "Qarabölük"lərdir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Gün Xanın soyundan gəldikləri qəbul edilir. "Qarabölük" kəliməsi qara çadırlı mənasında istifadə olunmuşdur.
Qaravəlli-2 (film, 1992)
Film satirik xalq folklorunun motivləri əsasında çəkilmişdir.
Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbi
Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbi — Qaravəlli kəndində orta məktəb. Yeni məktəb binası şagirdlərin istifadəsindədir, məktəb kompyuret ilə təmin olunub.
Qaraevli boyu
Qaraevli boyu — Oğuz Xan Dastanına görə Oğuzların 24 boyundan biri və Divanü Lüğat-it-Türkdə iyirmi iki Oğuz boyundan onikincisi; "Qarabölük"lərdir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Gün Xanın soyundan gəldikləri qəbul edilir. "Qarabölük" kəliməsi qara çadırlı mənasında istifadə olunmuşdur.
Qaratel Hacımahmudova
Qaratel Hacımahmudova (tam adı: Qaratel Şəmi qızı Hacımahmudova; d. 1948, Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan SSR, SSRİ — ö. 14 iyun 1992, Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi. Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açmışdı. 1962-ci ildə Aşağı Əskipara kəndin orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1970–1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1976–1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib. Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub. 1990-cı ildə kiçik qardaşı Hümbətlə son dəfə meydanda rastlaşırlar. Qaratel Hacımahmudova ondan fikrini soruşur.
Galatella
Galatella (lat. Galatella) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Qarabəyli
Qarabəyli — Azərbaycan Respublikasının Laçın rayonu Qarabəyli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kənd Mixtokan silsiləsinin yamacındadır. Kəndin adı yaşayış məntəqəsinin əsasını qoymuş qarabəyli nəslinin adı ilə əlaqədardır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Qaracallı
Qaracallı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Qaracallı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaracallı (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd. Qaracəlli — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Qaravəlili
Yaşayış məntəqələri Azərbaycanda Qaravəlili (İmişli) — İmişli rayonunda kənd. İranda Qaravəlili (Meşkinşəhr) — Ərdəbil ostanının Meşkinşəhr şəhristanında kənd.
Qaratəhlə
Qaratəhlə (gürc. ყარათაქლა) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == Kənd Kür çayının sol sahilində, paytaxt Tbilisidən 13 km, Qardabani rayon mərkəzindən 17 km məsafədə, Bakı-Tbilisi dəmiryolunun yaxınlığında, dəniz səviyyəsindən 355 metr yüksəklikdə yerləşir. == Əhalisi == Gürcüstan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin rəsmi siyahıyaalınmasına əsasən, Qaratəhlə kəndinin əhalisi 1550 nəfərdir və 99,5 faizi azərbaycanlılardan ibarətdir. == İqtisadiyyatı == Əhali əsasən qoyunçuluq, maldarlıq, tərəvəzçiliklə məşğuldur.
Qaravəli
Qaravəli (Balakən)
Qara Qarabəyli
Qara bəy Qarabəyov və ya Qarabəyli (14 yanvar 1874 və ya 1874, Şiştəpə, Yelizavetpol qəzası – 27 sentyabr 1953 və ya 1953, Səmərqənd) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyasının və İttihad fraksiyasının sədri, ictimai xadim, həkim Qara bəy Qarabəyov 1873-cü ilin yanvar ayının 14-də Yelizavetpol quberniyasının Yuxarı Ayıblı (indiki Şiştəpə)) kəndində İsmayıl ağa ilə Şeyda xanımın ailəsində anadan olmuşdur. Şəmkir alman-rus liseyini, daha sonra Tiflis klassik gimnaziyasını bitirmişdir. 1892-ci ildə Moskva Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. O, təhsilini H. Z. Tağıyevin hesabına alırdı. 1896-cı ildə "inqilabi" fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilib, həbsdən sonra təhsilini Yuryev (Tartu) Universitetinin tibb fakültəsində davam etdirmişdir. 1899-cu ildə universiteti bitirdikdən sonra iki il Moskvada işləyib. 1901-ci ildə Bakıya qayıtdıqdan sonra şəhərdə ilk dəfə olaraq zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açıb. Aprel işğalından sonra Qara bəy Qarabəyli həbs edilərək Arxangelskdəki Solovki həbs düşərgəsinə göndərilib. Nəriman Nərimanovun xahişindən sonra Vladimir Leninin müdaxiləsi nəticəsində 1923-cü ildə həbsdən azad edilir. Moskvaya köçərək Rusiya fövqaladə komissarlığının xəstəxanasında həkim işləyib, Kreml xəstəxanasına rəhbərlik etmişdir.
Qaracallı (Cəbrayıl)
Qaracallı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilib. Qaracallı Cəbrayıl rayonunun Balyand inzibati ərazi vahidində, Gəyən çölündə yerləşir. Əsas təsərrüfatı heyvandarlıqdır.
Qaracallı (Qubadlı)
Qaracallı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaracallı kənd inzibati ərazi dairəsində kənd. Əsli Qaracalar olmuşdur. Kəndin adı XVIII əsrdə Naxçıvandan Pənahəli xanın Qarabağa köçürdüyü kəngərlilərin qaracallı tayfasının adı ilə bağlıdır. Sonralar Qarabağda yaşamış qaracallılar müxtəlif rayonlara yayılmış və Qaracallı adlı bir neçə yaşayış məntəqəsi bina etmişlər. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qaracallı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qaracallı Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 4 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Qaracallı (Ucar)
Qaracallı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Ucar rayonunun Qaracallı kəndi XIX əsrin sonlarında yaranmışdır. Bu kəndin əsas sakinləri Cəbrayıl rayonunun Qaracallı kəndindən gələnlər olmuşlar. Belə ki, həmin kənddən gələnlər maldarlıqla məşğul olduqlarından bu yeri əlverişli bir yer seçərək burada məskunlaşmışlar. Yaşayış məntəqəsi kəngərlilərin qaracallı tayfasının məskun­laşması nəticəsində yaranmışdır. Xanlar rayonu ərazisində bu nəslin adı ilə bağlı Qaracallı təpəsi (Əli Bayramlı kəndi) və Qaracallı dərəsi (Bolçalı kəndi) adlı iki obyekt qeydə alınmışdır. Kənddə bir mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə kəndin 2 orta məktəbi vardır. Kənd Göyçay çayının sahilində, Şirvan düzündə, Bakı-Tbilisi əsas magistral yoluna və dəmir yolu xəttinə yaxın yerdə yerləşir. Əhalisi 4500 nəfər.
Qaravəlili (Balakən)
Qaravəli (Balakən)
Qaravəlili (Meşkinşəhr)
Qaravəlili (fars. قره ولي لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (21 ailə).