Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qandalar
Qandalar — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Bu oyko­nim rəsmi ədəbiyyatda Qandallar (Qandallı Alılar adından təhrifdir) kimi də işlənir. Yerli məlumata görə, yaşayış məntəqəsini çarizm dövründə Qazax mahalında vaxtilə qaçaqlıq etmiş Qandal Alı adlı şəxs salmışdır. XIX əsr ədəbiyyatına görə isə yaşayış məntəqəsi quşçuların qandalar nəslinin adı ilə bağlıdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Kənddə Qandalar kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə Qandalar kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qaydalar
Qazalaq
Qazalaq — tək at qoşulan, yaylı, ikitəkərli at arabası. Tək at qoşulan bu nəqliyyat növü öz quruluşuna görə ikitəkərli at arabasına oxşasa da, ondan yaylı olması ilə fərqlənirdi. Qazalağın cardağı (banı) oxa bərkidilmir. Yayların ustundə dururdu. Onu cardağı dordbucaqlı idi. Taxtadan hazırlanmış cardaqda 4–5 adam otura bilirdi. Təkərləri "Bakı" və "Şamaxı" arabaların təkəri kimi diametrcə cox iri olurdu. Məlumatlara gorə, Azərbaycanda qazalaq ancaq Bakıda hazırlanmışdır. Toy mərasimlərində işlədilən qazalaqları bəzəmək məqsədilə onun yanlarından rəngbərəng xalcalar asılırdı. Sərnişinlərin rahatlığını təmin etmək ucun qazalağın icərisinə kicik doşəkcələr qoyulurdu.
Etik qaydalar
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.