1. Bükmək; ikiqat, üçqat və i.a. etmək. Paltarı qatlamaq. Kağızı qatlamaq. – Vaqifin cavabı xana xoş gəldi.
Məktubu qatlayıb qasidə verdilər.
// Qarmaq, qanırmaq, geri qaytarmaq. Qolu o qədər qüvvətlidir ki, qatlamaq olmur. Dizini qatlamaq.
// Açıq şeyi örtmək.
Ləbbeyk kitabı qatlayıb əlinə aldı.
2. Parçanı bir bərabərdə qat-qat edib, hər qatını bir-birinin dalınca tikmək. Köynəyin yaxasını qatlamaq.
3. Əymək, bükmək. Boynunu qatlayıb çiyninə qoymaq.