Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quaptvaxt binası
Quaptvaxt binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərində mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. Quaptvaxt 1856-cı ildə kazak atamanı Mixail Qriqoryeviç Xamutovun dönəmində inşa edilmişdir. Hazırda binada hərbi komendatura yerlşir. Zirzəmi isə yenə də quaptvaxt kimi istifadə edilir. Bir zamanlar binada inqilabçı Nikolay İvanoviç Kibalçik, gələcəkdə şair olan Mixail Vasilyeviç İsakov həbsdə saxlanılmışdır. Novoçerkassk Quaptvaxt binası haqqında Aleksey Nikolayeviç Tolstoyun "Əziyyətli gediş" romanında qeyd edilir: Böyük incəsənət qiyməti daşıyan gözəl bir bina. Quaptvaxt binası bir mərtəbədən ibarətdir. Binanın önündə iki kolonna vardır. Dişvarı karnizlərə sahibdir.