Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qayadibi
Qayadibi — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. Kənd qayanın dibində bina edildiyinə görə belə adlanmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Qayadibi kəndi alma bağları ilə məşhurdur. Bu kənddə hər evdə demək olar ki, alma bağları var. Alma burada təbii halda bitir. Aqrotexniki qulluq göstərilməyən bu ağacların suvarılması da həyata keçirilmir. Yəni ağaclar yağış suları ilə qidalanır. Burada almanın bütün sortları yetişir.
Qayadibi (Hurand)
Qayadibi (fars. قيه ديبي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (14 ailə).