Qayadibi — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd.[ 2]
Kənd qayanın dibində bina edildiyinə görə belə adlanmışdır.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağətəyi ərazidə yerləşir.[ 3]
İl
Daimi əhali
Kişilər
Qadınlar
1999 [ 4]
230
101
129
2009 [ 5]
↘221
↗102
↘119
Qayadibi kəndi alma bağları ilə məşhurdur. Bu kənddə hər evdə demək olar ki, alma bağları var. Alma burada təbii halda bitir. Aqrotexniki qulluq göstərilməyən bu ağacların suvarılması da həyata keçirilmir. Yəni ağaclar yağış suları ilə qidalanır. Burada almanın bütün sortları yetişir. Meyvə çox olduğundan sakinlər onu satışa da çıxarır.
Kənddə Qayadibi kənd klubu fəaliyyət göstərir.[ 6]
Kənddə Qayadibi kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[ 7] [ 8] 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır.[ 9]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107 .
↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98" (PDF) . 2022-01-28 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-04-30 .
↑ Qayadibi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti . II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 44. ISBN 978-9952-34-156-0 .
↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 157.
↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 210" . 2022-04-11 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
↑ "" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF) . 2021-11-10 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-04-22 .
↑ Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az) [ölü keçid ]
↑ "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)" . 2015-12-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2015-12-19 .
↑ "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. (e-qanun.az)" . 2022-04-23 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
Şəhərlər Kəndlər Ləğv olunmuş kəndlər