Qlükozanın biosintezi
Qlükozanın biosintezi — maddələr mübadiləsində laktatdehidrogenaza fermentinin köməyilə süd turşusu yenidən piruvata çevrilməsi prosesidir. Yəni üzüm turşusu axırıncı maddə deyildir. O, yalnız çıxılmaz vəziyyətlərdə əmələ gəlir.
Qlikolizin təsiri ilə hüceyrələrdə əmələ gələn süd turşusu qana daxil olur və qaraciyərdə tutulur və orada piruvata çevrilir. Piruvat isə qlükozaya oksidləşir və beləliklə, qlükoza – süd turşusu dövranı baş verir. Buna Kori dövranı da deyilir.
Kori dövranı və ya qlikoliz–laktat dövranında piruvat bir qədər qlükozaya oksidləşir. Piruvatın bir hissəsi isə əzələlərdə aminləşərək alaninə çevrilir. Sonradan isə qaraciyərə daşınır və orada yenidən piruvat-qlükoza-alanin dövranı təkrar olunur. Qlükoneogenez də qlikoliz yolu ilə gedir, lakin qlikolizin üç reaksiyası dönən deyildir.