Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qlikoliz
Qlükozanın piruvata çevrilməsilə eyni zamanda ATP-nin əmələ gəlməsinə gətirib çıxaran reaksiyalar ardıcıllığıdır. Aerob orqanizmlərdə qlikoliz trikarbon turşuları tsikli və elektronların ötürülməsi zəncirindən əvvəl baş verir. Aerob şəraitdə piruvat mitoxondrilərə daxil olur və orada CO2 və H2O-ya qədər oksidləşir. Oksigenin çatışmazlığından piruvat laktata çevrilir. Maya kimi bəzi anaerob orqanizmlərdə piruvat laktaka yox, etanola çevrilir. Qlükozadan etanolun və laktakın əmələ gəlməsi qıcqırmaya misaldır. Qlikoliz yolu ilə gedən reaksiyalar hüceyrənin sitozolunda baş verir. Birinci mərhələ hazırlıq və ya toplamadır. Bu mərhələdə müxtəlif heksozalar qlikolizə cəlb olunurlar. Qlikoliz reaksiyalarında başlıca olaraq qlükozanın oksiləşməsinə baxmayaraq, onunla yanaşı bu prosesə digər müxtəlif heksozalar qoşula bilər.
Qlikozid rabitəsi
Qlikozid rabitəsi (və ya qlikozid əlaqəsi) — bir karbohidrat (şəkər) molekulunu başqa bir karbohidrat qrupuna birləşdirən kovalent rabitənin bir növüdür. Bir saxaridin hemiasetal və ya hemiketal qrupu (və ya saxariddən əldə edilən bir molekul) ilə spirt kimi bəzi birləşmələrin hidroksil qrupu arasında qlikozid rabitəsi yaranır. Xüsusilə təbii olaraq yaranan qlikozidlərdə karbohidrat qalıqlarının çıxarıldığı mürəkkəb ROH çox vaxt aqlikon, karbohidrat qalığının özü isə bəzən "qlikon" adlanır. == S-, N-, C- və O- qlikozid rabitələri == Yuxarıda müzakirə edilən formada olan qlikozid rabitələri, qlikozidi aqlikona birləşdirən və ya son şəkəri azaldan qlikozid oksigenlə bağlı O-qlikozid rabitəsi kimi tanınır. Analoji olaraq, qlikozid rabitəsi oksigeni kükürd atomu ilə əvəz olunduğu S-qlikozid rabitəsi də (tioqlikozidləri əmələ gətirir) nəzərə alınır. Eynilə, N-qlikozid rabitələrində qlikozid rabitəsinin oksigeni azotla əvəz olunur. Tərkibində N-qlikozid rabitələri olan maddələr qlikosilaminlər kimi də tanınır. C-qlikosil rabitələrinda qlikozid oksigen karbonla əvəz olunur. Bütün bu dəyişdirilmiş qlikozid rabitələri hidrolizə fərqli həssaslığa malikdir və C-qlikosil strukturları vəziyyətində, adətən hidrolizə daha davamlıdırlar. == Qlikosiltransferaza == Monosaxarid vahidləri canlı orqanizmlərdə qlikoproteinlərə, polisaxaridlərə və ya lipidlərə daxil edilməzdən əvvəl, adətən ilk növbədə uridin difosfat (UDF), quanozin difosfat (QDF) kimi bir nukleotidin fosfat qrupu ilə qlikozid əlaqəsi ilə "aktivləşdirilir".