Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qloballaşma
Qloballaşma və ya qlobalizasiya (fr. global – ümumi, lat. globus – kürə) — fərqli hüdudlar daxilində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər arasında hər cür kommunikasiya və inteqrasiyanın ümumdünya səviyyəsində aparılmasını təklif edən yanaşma. Qloballaşma mövzusunda son dövrlər­də istər Azərbaycanda, istərsə də xarici öl­kə­lər­də çox müx­tə­lif səpkili tədqiqat əsərləri çap olunmuşdur. Bu prob­lem üzrə ölkə­miz­də nəşr olunan ən sanballı əsər Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma döv­rünün tələbləri” adlı monoqrafiyasıdır. Bu əsər­də həm ölkə daxilində, həm də beynəlxalq miq­yas­­da gedən proseslərin səciyyəsi ve­rilmiş və ümu­miy­yətlə qloballaşma haqqında elmi-nəzəri təlimlərin məğ­­zi açıqlanmışdır. Bununla belə, bəşəriyyəti na­rahat edən bir sıra problemlərin başqa prizmalardan da açıqlanmasına böyük eh­tiyac vardır. Xüsusən dünyanın ən böyük dövlətlərindən olan Ru­siyanın mövqeyi çox önəmlidir. Keçmiş sosialist məkanından dün­yaya açılan pəncərədən baxdıqda, müasir Qərb prioritetlərinə də nə kimi fərqli münasibətlər ola biləcəyini təsəvvür etmək mümkün olur. Yeni iqtisadi münasibətlər sisteminə sosialzmdən keçən bir öl­kə ola­raq Azərbaycanın yaşadığı sosial-iqtisadi təbəddülatlar və inkişaf pers­pek­tiv­ləri MDB ölkələri ilə xeyli dərəcədə ox­şar­dır.
Anti-qloballaşma
Anti-qloballaşma — kapitalizmin qloballaşmasına qarşı tənqidi ictimai hərəkatdır.
İqtisadi qloballaşma
"Qloballaşma" mövzusu son 15-20 il ərzində intellektual diskussiya meydanında aktuallığına görə əsas mövzudur. Bu, sadəcə gələcəyin nəzəri modeli haqqında diskussiyalar deyil, bütün dünyanı əhatə edən sivilizasiya prosesinin analizinə cəhdlərdir. Qloballaşma prosesi obyektivdir. SSRİ dağıldıqdan sonra biz bu planetar layihəyə qoşulmuş və tarixi zərurətin çağırışı ilə qloballaşmanın obyektləri sırasına daxil olmuşuq. Bütün tarix boyu bu və ya digər universal fikri bütün dünyaya yaymaq cəhdləri olub. Yeganə həqiqəti bütün dünyaya yaymaq təkəbbürü ilə müxtəlif imperiyaların, dini ekspansiyaların və totalitar siyasi rejimlərin meydana gəlməsi buna sübutdur. Müasir anlamda qloballaşma mənasını ifadə edən proses yeni hadisə sayıla bilməz. Lakin, yalnız SSRİ və onun qurduğu sosialist ölkələri bloku dağıldıqdan sonra II minilliyin sonunda real qloballaşma mümkün olmuşdur. Dünya inkişafının müasir mərhələsinin başlıca meyli məhz miqyası getdikcə böyüyən qloballaşmadır. Əgər bəşəriyyət XX əsri elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılamışdısa, qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur .