Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qorçubaşı
Qorçubaşı və ya Qorçibaşı – "qorçuların rəisi", qızılbaş tayfalarının döyüşçülərindən ibarət olan şah qvardiyasının başçısı anlamını verir. V.F.Minorski göstərir ki, ilk Səfəvilər dövründə daimi qoşun yox idi və qorçubaşı "hərbi nazir" idi, onun adi adı da elə Əmir əl-üməra olmuşdur. Mirzə Səmia mərkəzdə şahın xidmətində olan xüsusi vəzifə sahiblərindən söz açıb, onları «üməra-ye dövlətxane-ye mübarək» mübarək dövlətxana əmirləri adlandırırdı ki, qorçubaşı da məhz bu əmirlərin siyahısına daxil idi. Qorçubaşının ehtimal olunan ləqəbi Rüknül Səltənət Əl-Qahirə olmuşdur. "Təzkirət əl-Mülk" əsərində qorçubaşının tam adı "Rüknül Səltənət Əl-Qahirə Alicah Qorçubaşı" kimi çəkilir.Qorçu kəliməsinin mənası mənbələrdə əsasən qorucu kimi açıqlanır. F.Sümər də bu adı qorucu kimi izah edərək bildirir ki, Ağqoyunlu hərbi təşkilatında belə bir vəzifə olmadığı üçün Şah İsmayıl ehtimal ki, bu vəzifəni çağatayları təqlid edərək yaratmışdı. Səfəvi tarixi üzrə tədqiqatlar aparan alimlərdən bəziləri isə qorçu sözünün Moğol dilində "qor" kökündən yarandığını və "oxçu" və ya "ox qını daşıyan" mənasını ifadə etdiyini bildirir. Dövlətin sanballı dayağı olan qorçubaşını Adam Oleari 10-12 min nəfər oxçunun rəisi kimi səciyyələndirilmiş və qorçu alayının I Şah İsmayılın dövründə yaradıldığını və onun cihadlarında yüksək fədakarlıq göstərdiklərini bildirmişdir. Fransız səyyah Şarden bu adın açıqlamasını "qovmaq-uzaqlaşdırmaq" kimi, digər bir səyyah Pyetro Della Valli isə "qorumaq-qollamaq" kimi vermişdir. Oqtay Əfəndiyev məsələyə bir digər tərəfdən yanaşmış və qorçubaşının - şah qvardiyasının rəisi" mənasını ifadə etdiyini bildirmişdir.
Qoçbaşı
Qoçbaşı - ümumilikdə bir neçə insan tərəfindən daşınan; vuraraq qapı qırmağa, aralamağa ya da divar dağıtmaq üçün istifadə edilən silah.. Keçmişdə düşmən atəşindən qorunmaq üçün daxmaya oxşayan taxta sığınacaqların içərisində daşınabilən versiyaları da mövcud olmuş qurğudur. Hal-hazırda əksəriyyəti metaldan düzəldilmiş qoçbaşları mühafizə və yanğınsöndürmə xidmətləri tərəfindən aktiv şəkildə istifadə edilir. Keçmişdə qoçbaşları ağac gövdələrindən düzəldilirdi və hədəfə vurulan ucları ümumilikdə qoç başları şəklində düzəldilirdi. Qədim müharibələrdə qalaların divarlarını dəlmək üçün bir tərəfinə qoyun başı kimi dəmir taxılmış tirdən ibarət hərb alətidir. Gecə-gündüz divarları qoçbaşı adlanan alətlərlə dağıdırdılar.
Əşrəf Səncər Quşçubaşı
Əşrəf Səncər Quşçubaşı (1873 – 1964, İzmir) — Çərkəz Ubıx əsilli türk kəşfiyyatçısı və partizan döyüşçüsü. 1873-cü ildə İstanbulda doğulmuşdur. Ailəsi ata tərəfindən Çərkəzlərin Ubıx qoluna, ana tərəfindən isə Sultan Səncərə bağlıdır. İlk təhsilini hərbi məktəbdə almışdır. Təhsilinin son ilində olarkən, Sultan II Əbdülhəmidə qarşı Yeni Osmanlılarla əməkdaşlıq edən atası ilə Hicaza sürgün edildi. Sürgündə təxminən bir il qaldıqdan sonra buradan qaçıb qardaşı Səlim bəy ilə birlikdə Əbdülhəmidə qarşı mübarizəyə başladı. Ətrafına topladığı gənc zabitlərlə birlikdə üsyan edərək çox sayda silah, pul və material alarkən özünə göndərilən qüvvələri məğlub etdi. Bundan sonra isə üsyan əsnasında ətraflna topladığı yoldaşlarıyla birlikdə qurulan Təşkilat-i Məxsusa adlı kəşfiyyat agentliyinə qatıldı. 1964-cü ildə vəfat etmişdir. Məzarı Aydın şəhəri Qranta qəbiristanlığının yanındadır.
Gölbaşı (Susuz)
Gölbaşı — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 42 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 22 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 361 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Qars şöbəsinin Berdıq kənd cəmiyyətinin Gölbaşı kəndində 68 nəfər əhali yaşayırdı və onların hamısını etnik kürdlər təşkil edirdi.
Gölbaşı dağı
Gölbaşı dağı – Babək rayonu ərazisində dağ (hünd. 1254,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında zirvə. Nəhəcir kəndindən 1,5 km-dək cənub-qərbdədir. Alt Miosenin Qafqaz regiomərtəbəsinə aid Vayxır lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli, şimal-şərq yamacından isə şimal-qərbə uzanan fay-yerdəyişmələri keçir.
Berna Gözbaşı
Berna Gözbaşı — Türk sənayeçi və idman meneceri. O, Kayseridə qurulan döşək istehsalçısı kimi fəaliyyət göstərən BRN Mattressin qurucusudur. Berna Gözbaşı sahibkarlıq və ixrac sahəsində bir çox mükafatlara layiq görülüb. 2019-cu ildə Kayserispor Futbol Klubunun prezidenti seçildi və Super Liqada ilk qadın idman klubu prezidenti oldu. == Bioqrafiyası == Berna Gözbaşı 1974-cü ildə Türkiyənin Çanaqqala vilayətinin Gelibolu şəhərində kiçik zabit ailəsində anadan olub. İzmirdə Dokuz Eylül Universitetində biznes idarəçiliyi fakültəsində təhsil alıb və 1996-cı ildə məzun olub. Onun iki qızı var. == Biznes karyerası == Gözbaşı peşəkar karyerasına Kayseridə yerləşən sink-qurğuşun metal sənayesi olan "Çinkır"da ixrac meneceri kimi başlayıb. 2001-2006-cı illər arasında o, Yaxın Şərq, Şərqi Afrika və Qərbi Afrikada ixrac biznesinə girən bir çox kiçik və orta müəssisəyə kömək etmişdir. 2006-cı ildə döşəklər və çarpayılar istehsalı üçün BRN Bed şirkətini qurdu.