Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoşunəli Şamoyev
Qoşunəli Şamoyev (15 mart 1928, Daşkənd, Yeni Bəyazid qəzası – 2016, Gəncə) — Ermənistan SSR Əməkdar müəllimi (1968). == Həyatı == Şamoyev Qoşunəli Novruz oğlu 15 mart 1928-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1943-cü ildə Daşkənd kənd orta məktəbini bitirib. 1944–1946-cı illərdə Yuxarı Şorca kənd yeddi illik məktəbində, 1947–1950-ci illərdə isə Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1949-cu ildə İrəvan Pedaqoji Institutunun "Azərbaycan dili və ədəbiyyatı" fakültəsinə daxil olub və 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji Ins-titutunun qiyabi şöbəsini bitirmişdir. 1950–1953-cü illərdə sovet ordusunda hərbi xidmətdə olmuş və 1952-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir. 1953–1956-cı illərdə yenidən Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1956-cı ildən 1959-cu ilə qədər Basarkeçər rayon Partiya Komitəsində təlimatçı və şöbə müdiri vəzifələrində işləyib. 1968-ci ildə maarif sahəsindəki xidmətlərinə görə "Əməkdar müəllim" adına, 1970-ci ildə "V. İ. Leninin 100 illik yubileyi" medalına, 1983-cü ildə "Xalq maarifçisi" medalına və 1986-cı ildə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. 1959-cu ildən 1988-ci ilin dekabrına qədər Daşkənd kənd orta məktəbinin direktoru olmuşdur.
Xmeli suneli
Xmeli suneli (çmeli suneli, xmeli suneli və ya hmeli suneli kimidə yazılır Gürcücədən ხმელი სუნელი, sözün hərfi mənasında "qurudulmuş ədviyyatlar") — Gürcüstanın ənənəvi Ədviyyat qarışığı.