Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əmir Qalanoyi
Əmir (Ərdəşir) Qalanoyi (fars. امیر (اردشیر) قلعه‌نویی‎; 9 iyul 1964, Tehran, İran) — İranın tanınmış futbol məşqçisi. O keçmişdə İran milli futbol komandasının və Tehranın İstiqlal klubunun yarımmüdafiəçisi olmuşdur. Peşəkar futbolçu karyerasını bitirdikdən sonra İran milli futbol komandasının, İstiqlal, Sepahan klublarının baş məşqçi olmuşdur. Hazırda Təbrizin Traktor Sazi klubunun baş məşqçisidir. İran futbol çempionatının ən ünlü baş məşqçilərindəndir. Qalanoyi İstiqlal ilə uğur qazandıqdan sonra, Sepahan klubunu da iki dəfə ardıcıl olaraq çempion etmişdir. == Qalanoyinın Traktor Saziyə gəlməsi == Traktor Sazi klubu 2009-cu ildə İran futbol çempionatının yüksək liqasına qayıdan sonra iki il Fəraz Kəmalvəndin məşqçiliyi ilə 7-ci və 5-ci yerləri tutmuşdur. İkinci il klubun Asiya klublararası çempionata düşə bilməməsi azarkeşlərin narazılığına səbəb oldu. Bu vaxt Traktor Sazi artıq İranın ən çox azarkeşi olan futbol klubu idi.