Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoyunboğan
Qoyunboğan (lat. Lysimachia) Azərbaycanda qoyunboğanın 3 növü təbii halda yayılmışdır. Gülçülükdə əsasən qoyunboğanın aşağıdakı 3 növündən istifadə olunur. Kletroşəkilli qoyunboğanın (L. clethroides) hündürlüyü 130 sm-ə çatır. Ağ rəngli çiçəkləri sallaq salxımlara toplanmış kol bitkisidir. Xal-xal qoyunboğan (L.punctata) əvvəlki növdən alçaq boyu ilə fərqlənir. Bu bitkinin hündürlüyü 70 sm-ə qədər çatır. Xal-xal qoyunbağının çiçəkləri sarı, ləçəklərin oturacağı qırmızıdır. Dəstəyarpaq qoyunboğan Qoyunboğan:The Plant List saytında takson barədə məlumat.
Adi qoyunboğan
Adi qoyunboğan (lat. Lysimachia vulgaris) - qoyunboğan cinsinə aid bitki növü.
Dəstəyarpaq qoyunboğan
Dəstəyarpaq qoyunboğan (lat. Lysimachia verticillaris Spreng.) — Hündürlüyü 30–100 sm, gövdəsi düzduran, sadə və ya budaqlanmış olan çoxillik ot bitkisidir. Sürünən şaxələnmiş kökümsovlu, vəzili-tüklərlə örtülmüş çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları çiçək köbəsində 3–4 ədəd olmaqla düzülmüşdür, yumurtavari-uzunsovdur, küttəhər və ya bəzən sivritəhərdir, alt tərəfdən yumşaq tüklüdür, qismən çox uzun və ya qısa (1–2 sm) saplaq üzərindədir. == Çiçək == Çiçəkləri saplaq üzərindədir, yarpaqların qoltuğunda yarım çiçək köbələrilə toplanmış və çox vaxt onları ötüb keçir. Çiçəkaltlığı yoxdur. Tac sarı rəngdədir; onun payları yumurtaşəkilli, kənarları vəzili-kirpiklidir. == Meyvə == Qutucuq şarşəkilli, kasacıqdan qısadır. Toxumları üçtilli olub, qaradır. == Çiçəkləməsi == May == Meyvə verməsi == May-Avqust == Azərbaycanda yayılması == BQ (Quba), Samur-Şabran oval., BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax.-dağ.