Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoyunqulağı
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Talış qoyunqulağı
Silene talyschensis Schishk. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu VU D2. Birillik ot bitkisidir. Gövdələri 20-25 sm hündürlükdədir. Kökyanı yarpaqları kiçik, uzunsov, tərs – yumurtavari, ket, saplaqlı, gövdə və lansetli, sivri, aşağı hissədə qısa saplağa çatanda daralır, çox vaxt ellipsşəkilli və ya yumurtavari, 2-4 sm uzunluqda, 0,5-2 sm enində, yuxarı yarpaqlar isə oturaqdır. Budaqlarda yerləşən çiçəklər birtərəfli, oturaq, çiçəkləmə vaxtə horizontal əyilmiş vəziyyətdə olur. Kasacıq 10-12 mm uzunluqda, silindrik, ağ ya da boz tüklənmiş qıvrım tüklərlə örtülmüşdür. Qozası 6-7 (8) mm uzunluğunda, enli-yumurtavari, qısa 1,5-2 mm-dək çılpaq karpofor üstündədir.
Topaçiçək qoyunqulağı
Topaçiçək qoyunqulağı (lat. Silene compacta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Birillik və ya ikiillik bitkidir. Gövdəsi qalın, hündürlüyü (15) 30-60 (70) sm, sadə və ya yuxarı hissədə nadir və ya qısa budaqlıdır. Kökətrafı yarpaqları kürəkşəkilli-lansetvari, aşağı gövdə yarpaqları tərslansetvari, küt, növbətilər uzunsov-lansetvari və uzunsovvari, yuxarı yarpaqlar yumurtavarilansetvari və ya yumurtavari, küt və ya itidir. Çiçəkqrupu gövdənin yuxarısında sıx-qalxanvari olub, əsasında bir neçə sayda yumurtavari yuxarı yarpaqları vardır. Çiçəkaltlığı ağtəhər və ya bənövşəyi rəngli, ləçəkləri çəhrayıdır. Qutucuq uzunsov-silindrvari, toxumları böyrəkvari, qəhvəyitəhər, xırda qabarıqlıdır. Böyük Qafqazın qərbindəki rayonlarda orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında, kolluqlarda, dağ çəmənlərində, qayaların üzərində, axınların və dağ çaylarının kənarlarında bitir.
İtaliya qoyunqulağı
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Giləmeyvəli qoyunqulağı
Giləmeyvəli qoyunqulağı (lat. Silene baccifera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü.
Ətirli qoyunqulağı
Ətirli qoyunqulağı (lat. Silene coeli-rosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Birillik bitki kimi yetişdirilir. Bu, 50 sm hündürlükdə, nazik yarpaqlı və müxtəlif rəngdə beşləçəkli çiçəkləri olan bitkidir. Hazırda yabanı növlərdən gülçülükdə istifadə olunmur. Bitkinin sort və hibridləri geniş yayılmışdır. Ətirli qətranın 15x15 sm sxem üzrə yazda torpağa əkməklə çoxaldırlar. Bitki balaca monoqruplarda yaxşı görünür. Bitki dəstələrindən müxtəlif kompozisiyalar yaratmaq olar. Agrostemma coeli-rosea L. Coronaria coeli-rosa (L.) Fr.
Qoyunqışlağı (Həştrud)
Qoyunqışlağı (fars. قويون قشلاقي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 412 nəfər yaşayır (88 ailə).