Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Honalama
Honalama incə mexaniki emal üsullarına id olub geniş materiall spektrinin hazırlanmasnda tətbiq olunan texnoloji əməliyyat növüdür. Əsasən deşiklərin honalama alətlərinin köməyi ilə soyuducu yağlayıcı mayedə incə emal edilməsi zamanı onun səthlərinin triboloji xassələrinin yaxşılaşdırlımasına xidmət edir. Ən çox daxili yanma mühərriklərində silindrlərin incə emalında və hidravlik elementlərin kipləşdirici səthlərinin emalında tətbiq olunur. Honalanmış deşiyin forma dəqiqliyi 5mkm və kələkötürlüyü isə Ra=0.63÷0.04 həddində olur. Xarici səthlərin honalanması xüsu və ya modifikasiya olunmuş pardaqlama dəzgahlarında aparılır. Tətbiq olunan hona daşlarının sayından asılı olaraq superfiniş əməliyyatı ilə müqayisədə 2-4 dəfə çox məhsuldarlıq əldə etməyə imkan yaradır. Prosesin əsas kinematikası uzununa irəli-geri hərəkət və honalama daşlarının eninə verişi nəticədinfə formalaşır. Poladların və çüqünların emalında soyucu-yağlayıcı maddə kimi kerosin və ya onun yağla qarışıqından (10 %—20 %) istifadə edilir.
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Qocalma
Qocalma — bioloji proses, zamanla təbii səbəblərdən ölüm riskinin artması, orqanizminin xüsusilə çoxalma və regenerasiya qabiliyyəti kimi vacib funksiyalarının tədricən pozulması və ya itirilməsi.
Qocalara burada yer yoxdur
Qocalara burada yer yoxdur (ing. No Country for Old Men) — Koen qardaşlarının Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller. 2008-ci ilin "Oskar"a olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə. == Məzmun == Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özünə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər.
Qocalara burada yer yoxdur (film, 2007)

Şirakava-qo və Qokayama tarixi kəndləri
Şirakava-qo və Qokayama kəndləri (yap. 白川郷・五箇山の合掌造り集落) - Yaponiyanın Honşu adasında (Tokay-Hokuriku regionu), Gifu və Toyama prefekturalarının sərhədindəki Söqava vadisində yerləşirlər. Dağ ətəyində yerləşən və 68 hektar əraziyə yayılmış "qassö" (yap. 合掌 - Gasshō) üslublu evlərin, qış aylarında ölkənin qalan hissəsindən uzun müddət əlaqəsi kəsilirdi; kəndlilər tut ağacından ipək almaq üçün ipəkqurdu becərilməsi, yetişdirilməsi və yayılması hesabına yaşayırdılar. Hal-hazırda kompleksə daxil olan 3 ənənəvi yapon kəndi (Ogimaçi, Ainokura və Suqanuma) "Yerli ətraf mühit və sosial-iqtisadi şəraitə yaxşı uyğunlaşdırılmış ənənəvi həyat tərzi nümunəsi" kimi, 1995-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == Hələ bu yaxınlarda çox nadir rikşalar səyahət üçün bu ucqar regiona gəlməyə cürət edirdi, atlılar üçün isə bu yerlər keçilməz idi. Bax beləcə, Şirakava-qo kəndinin sakinləri bütün dünyadan tam təcrid olunmuş şəkildə yaşayırdılar. Və bu təcrid sayəsində, onlar heç kimə oxşamayan memarlıq üslubunu yaratmışdılar. VIII əsrdə hazırkı kəndlərin yaxınlığında yerləşən "Haku san" dağının mərkəzində tərki-dünya ayinlərinin pərəstişkarları məskunlaşır. XIII əsrdə bu ərazlərdə yaşayan insanlar əvvəlcə Tenday-sü, daha sonra isə Dzödo-sinsü adlı əsas buddist cərəyanlarının təsiri altına düşürlər.