Qocalara burada yer yoxdur (film, 2007)

Burada qocalara yer yoxdur (ing. No Country for Old Men) — Coel və İtan Koenin Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller filmi. 2008-ci ildə "Oskar"a olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə.

Burada qocalara yer yoxdur
ing. No Country for Old Men
Janr dram filmi[1][2][…], Neonuar, kriminal triller[d], qanqster filmi[d], cinayət filmi, triller filmi, roman ekranlaşdırması[d]
Rejissorlar Coel Koen
İtan Koen
Prodüserlər Skott Rudin
Coel Koen
İtan Koen
Ssenari müəllifləri
Baş rollarda
Operator
  • Rocer Dikins[d]
Bəstəkar
  • Karter Börvell[d]
Montajçı Koen qardaşları
İstehsalçılar Miramax
Distribütor UIP-Dunafilm[d], Netflix, Miramax
İlk baxış tarixi 9 noyabr 2007[5][9], 29 fevral 2008[10], 28 fevral 2008[11]
Müddət 122 dəq.
Büdcə 25.000.000 $
Gəlir 171.627.166 $[12], 74.283.625 $[13]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Nyu-Meksiko
IMDb ID0477348
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özünə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər. Atışmalar və gözlənilməz vəziyyətlərlə dolu Antonun Levelini təqib etməsi başlayır. Qoca Şerif — Ed Tom Bel onların izi ilə gedir, və hadisələr cərəyan etdikcə o başa düşür ki, köhnə vaxtlar keçib və artıq işdən dincəlmək zamanı gəlib çatıb.

  • Levelin Moss rolundan Hit Lecer imtina etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]