Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qrotesk
Qrotesk — yunanca"gizli yer" mənasını verir və Latınca "mağara" sözü ilə eyniköklüdür. == Haqqında == Dünyanı yadlaşdıran və onu əyləncəli-xəyali bir sahəyə aparan, içində əsrarəngiz güclərin suverenliyinin əks olunduğu, əslində bir araya gəlməz kimi görünən şeylərin, məsələn tragediya ilə komediyanın, adiliklə ucalığın bir oyun havasında birləşdirilməsi. Qrotesk varlıqların absurd (qeyri adi) xüsusiyyətlərlə yenidən təsviri ilə dünyaya aid olmayan bir fakt halına gətirilmə sənətidir. Qrotesk sənətinin bir başqa tətbiqi, dünyaya aid olan canlıların hər bir xüsusiyyətinin qarışığı şəklindədir. == Müasir yazıçılar == Fantastik ədəbiyyatda qrotesk motivlərində yazan yazıçılar: Umberto Eko, Ian McEvan, Alasdair Gray, Angela Karter, Jeanette Winterson, Patrick McGrath, Natsuo Kirino, Paul G. Tremblay, Matt Bell, Chuck Palahniuk, Brian Evenson. == Teatrda qrotesk == Qrotesk termini 1910–1920 ci illərdə yazılmış İtalyan dramaturqların tez-tez absurt görülən anti-təbii prekursorları məktəbinə aiddir. Fridrix Dürrenmatt müasir grotesk komediya əsərlərinin əhəmiyyətli müəllifidir.
Protest
Protest – [lat. protestor – etiraz edirəm, sübut edirəm; protestari – təntənəli elan etmək] 1)açıq-aşkar etiraz; 2)hər hansı bir şeylə qəti razılaşmamaq; 3)hüquqşünaslıqda – hər hansı məhkəmə qərarı ilə razılaşmamaq haqqında ərizə, məhkəmə hökmündən rəsmi narazılıq. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qrotska icması
Qrotska (serb. Гроцка) — Belqrad dairəsinə daxil olan Serbiyada icma. İcmanın əhalisi 79 819 nəfərdən ibarətdir (2007-ci il), əhali sıxlığı isə 276 nəfər/km² təşkil edir. İcmanın inzibati mərkəzi Qrtoskada yerləşir. Vraçar icması 15 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqələrin orta sahəsi 19,3 km².
Hüqo Qrotsi
Hüqo Qrotsi (nid. Hugo Grotius; 10 aprel 1583[…] və ya 1583, Delft, Hollandiya qraflığı – 28 avqust 1645[…], Rostok) ― təbii hüquq nəzəriyyəsinin ilk görkəmli nümayəndəsi, Niderland Burjua İnqilabının ideoloqu, niderland hüquqşunası, siyasi filosofu və dövlət xadimi. == Həyatı == XVII əsr Burjua İnqilablarının Niderland və İngiltərədə qələbə çaldığı, dövlət, hüquq haqqında spesifik təlimlərin yayıldığı bir dövr kimi səciyyəvidir. Bu dövrdə mütləqiyyətə, zadəganlara, dinə qarşı ehtiraslı mübarizə burjua "təbii hüquq" nəzəriyyəsində öz əksini tapdı. Bu nəzəriyyəyə görə dövlət və hüquq Allah tərəfindən deyil, insan zəkasının qanunlarına uyğun olaraq, insanların əsrlər boyu əldə etdikləri təcrübə prosesində ictimai müqavilə əsasında yaranmışdır. Sözügedən nəzəriyyənin banisi niderland hüquqşünası, siyasi filosofu və dövlət xadimi Hüqo Qrotsi idi. Fransada mühacirətdə qalmağa məcbur olan Qrotsi həmin ölkədə "Müharibə və sülh hüququ haqqında üç kitab" (1625) adlı sanballı əsər yazır. Həmin əsərdə təbii hüquq və xalqların hüququ geniş təhlil olunur, ümumi hüququn prinsipləri açıqlanır və bütövlükdə dövlət və hüquq haqqında, xüsusi ilə beynəlxalq hüquq barədə burjua elminin əsası qoyulur. Qrotsi hüquqi çoxcəhətli ictimai hadisə kimi nəzərdən keçirir. Hollandiyanın dövlət katibi, fransız sarayında İsveçin səfiri vəzifəsini tutmuşdur.
Qoteyk viaduku
Qoteyk viaduku — Myanmanın Şan ştatında yerləşən viaduk demir yoludur. == Ümumi melumat == Körpü Britaniya koloniyasının yay paytaxtı Pyin Oo Lvin ilə Şan əyalətinin şimalında yerləşən Laoş birləşdirir. Myanmanın ən böyük körpüsüdür. Mandalaydan təxminən 100 km aralıda yerləşir. Tikintisinə 1899-cu ilin aprel ayının 28 başlanılmışdır. == Körpü haqqında == 1990-cı ilin yanvar ayının 1-de isə tikintisi başa çatmışdır. Uzunluğu 689 m-dir. Viaduk 15 uçuş zolağından ibarətdir. Sudan 102 m hündürlükde yerləşir. Qoteyk viadukunun əni o qədər də çox deyildir.