Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kababçı
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Rübabə Muradova
Rübabə Xəlil qızı Muradova (21 mart 1933, Ərdəbil – 28 avqust 1983, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1971). == Həyatı == Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil almışdır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olmuşdur, amma onun şəxsi həyatı uğurlu olmur. O anasını itirdikdən sonra siqaret və içkiyə qoşanır. Bilindiyinə görə Rübabə Murabova Leyli və Məncnun operasında Leyli obrazını canlandırarkən o içkili olub və pis sözlərdən işlədib. O içkiyə səbəbindən "qaraciyər serozu" xəstəliyini tapır. 28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.
Rübab binti İmra əl-Qeys
Rübab binti İmra əl-Qeys (və yaxud Ümm Rübab) (ərəb. رباب بنت امرئ القيس بن عدى بن أوس‎) ‏ İmam Hüseynin (ə) həyat yoldaşlarından biri, İmam Hüseynin ən kiçik övladı olan Əli Əsğərin anası.
Rubab
Rübab — mizrabla çalınan simli-dartımlı musiqi aləti. == Tarixçə == Rübabın vətəni ərəb ölkələri hesab edilir. Alət e. ə. I minillikdə icad edilib. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir". Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, S. Ə. Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. N. Gəncəvinin, Ə. Xaqaninin (XII əsr) şerlərinə istinad etsək, Azərbaycanda rübabın Qaşqar (Qoşqar) növündən istifadə edilib. Bəzi qaynaqlara görə, Çində Kaşqar adlı çayın ətrafında uyğurlar yaşadığından alətə də Qaşqar rübabı adını veriblər.
Rübai
Rübai — Şərqdə yazılı ədəbiyyatın geniş yayılmış şeir janrlarından biri. == Haqqında == Rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq müstəqil əsərdir. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Dörd misrada bitkin, həm də məna və ideyaca mühüm, dərin fəlsəfi bir fikir ifadə etmək rübaidə əsas şərtdir. Dünya ədəbiyyatında rübainin ən klassik nümunələrini Şərqin dahi mütəfəkkiri Ömər Xəyyam yaratmışdır. Onun fəlsəfi dərinlik və emosional tərzdə yazılmış rübailərində böyük həyat sevgisi, həqiqətpərəstlik, dini mövhumata qarşı üsyankarlıq və s. tərənnüm olunurdu: Əlimdə olsaydı əgər iqtidar, Bu köhnə fələki kökündən yıxar, Təzədən elə bir fələk qurardım, Ki, hər kəs yaşardı azad, bəxtiyar. Azərbaycan ədəbiyyatının intibah mərhələsinin ən qüdrətli sənətkarı Məhsəti Gəncəvi də rübai janrında gözəl sənət nümunələri yaratmışdır.
Qubaçi dili
Qubaçi dili (arbuk dili) — qubaçilərin dili, dargin dillərindən biri. Dağıstanın Daxadayev rayonunun şərqində yayılıb, daşıyıcıların bir çoxu Rusiyanın cənubundakı şəhərlərdə yaşayır. Bu dildə danışanların sayı təxminən 7 min nəfərdir. İki dialekti var: qubaçi dialekti qubaçi — Qubaçi kəndi (ГӀугъбуг; 2781 nəfər, 2002-ci il siyahıya alınması) və əsli oradan olanlar amuzginlər — Amuzgi və Şari kəndləri. sulevkent dialekti — Sulevkent kəndi.Qubaçi dilində cəmi bir kitab çap edilib. == Ədəbiyyat == А. Магометов. Кубачинский язык. (Исследования и тексты). Тбилиси, 1963. Шамхъалла ГӀ. И. Малла ситтала хабарте.
Rıbaçi yarımadası
Rıbaçi yarımadası (Ş.saam. Giehkirnjárga, fin Kalastajasaarento, norv. Fiskerhalvøya) — Rusiyanın şimalında yerləşən yarımada. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Barens dənizi və Motovski körfəzinin sahillərində yerləşir. Yarımada öz növbəsində bir platodur. Əsaaən gil, qum, əhəng daşından təşkil olunmuşdur. Ən hündür nöqtəsi 299 metrdir (Eyna). Tundra bitkiləri ərazisində geniş ərazini tutur. Yaxınlıqdan keçən isti Nordkap cərəyanı sayəsində sahilləri qışda donmur.
Məhəmməd Nəcib ər-Rübai
Məhəmməd Nəcib ər-Rüba'i (ərəb. محمد نجيب الربيعي‎; 14 iyul 1904, Bağdad – 6 dekabr 1965, Bağdad) — İraqın 1-ci prezidenti.Doğum və ölüm tarixi tam bilinmir.Rabiyə qəbiləsinə mənsub iraq ərəbidir. == Həyatı == Nəcib əl-Rübai, 1904-cü ildə Bağdadda anadan olub, burada Muhamməd Nəcib bin Osman bin Məhəmməd bin Mustafa bin Əli bin Abdullah bin Əli bin Pasha bin Muhammad Pasha, Sultan Murad IV ilə Səfəvi şahını Bağdaddan devirmək üçün döyüşən pilotun oğludur. Məhəmməd Nəcib ərəb Rabia qəbiləsinə mənsub idi və Məhəmməd Nəcib Əl-Rubayinin ailəsi ehtiyacı olan insanlar üçün bir qədər köməklər edirdi.Rübai uşaqlığından ədəbiyyat,ticarət,siyasət,iqdisadiyyatla maraqlanırdı və bu onu gələcəyə hazırlayırdı. İlk öncə İraq Kral Kollecinə daxil olan Rübai 3 il ərzində (1924-1927) bu kollecdə təhsilini davam etdirir.Sonralar onun qardaşları Həsib rübai və Rafik Rübai də bu kollecdə təhsil almağa başlayır.1 iyulda kollecdən çıxan Rübai 8 il ərzində (1927-1935) Konya kollecində təhsil almağa başlayıb.