Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaradıcı yıxım
Yaradıcı məhv (almanca: Schöpferische Zerstörung), Şumpeterin fırtınası olaraq da tanınır. 1950-ci illərdən etibarən Avstriya-Amerikalı iqtisadçı Yozef Şumpeterin Karl Marksın əsərlərindən törətdiyi və iqtisadi innovasiya nəzəriyyəsi olaraq ifadə etdiyi iqtisadi konsepsiyadır. Şumpeterə görə, "yaradıcı məhv fırtınası", iqtisadi quruluşu fasiləsiz olaraq içdən dəyişdirən, davamlı olaraq köhnəni dağıdarkən yenini yaradan sənayevi mutasiya müddətini ifadə etməkdədir. Marksist iqtisadiyyat nəzəriyyəsinə görəysə bu qavram kapitalizmin altında zənginlik yığımının və yox oluşunun bir-birinə bağlı müddətlərinə toxunaraq, daha geniş anlamda istifadə edilməkdədir.
Mən də Darıxdım (serial)
Mən də Darıxdım (türk. Ben de Özledim) Eflatun Film-in hazırladığı, Star TV-də yayımlanan absurd-komediya növündə Türkiyə teleserialıdır. Baş rollarda Ali Atay, Serkan Keskin və Osman Sonantın oynadığı serialda aktyorların, yayımdan çıxarılan və 3 mövsüm TRT-də yayınlanmış Leyla ile Mecnun serialından sonra yaşadıqlarını başa salır. Serial barədə ilk xəbər 4 sentyabr 2013 tarixində serialın prodüseri Funda Alp tərəfindən rəsmi Twitter hesabından verilmişdir. Ssenari müəllifi Burak Aksak, rejissorları Onur Ünlü və Erkan Tunç, prodüserləri Orkun Ünlü və Funda Alp olan serialın birinci bölümü 25 oktyabr 2013 tarixində Star TV kanalında yayımlanmışdır. Seriala ssenari müəllifi, rejissor və prodüserlər də çəkiliblər. Serialın əsas mövzularından biri də Leyla The Band qrupudur. Serialın ilk bölümündə 3 mövsüm yayımlanmış, final bölümü olmayan Leyla ile Mecnun serialının 3 dəqiqəlik qısa finalı da göstərilmişdir. Son bölümü (13-cü bölüm) 29 yanvar 2014-cü il tarixində yayımlanmışdır. Leyla ile Mecnun serialı birdən-birə yayımdan çıxarılır.
Mən də Darıxdım (teleserial)

Mən də darıxdım (teleserial, 2013)

Dimdim döyüşü
Dimdim döyüşü — Səfəvi imperiyası ilə Osmanlı imperiyasının sünni kürdləri arasında 1609–1610-cu illərdə baş vermiş döyüş nəzərdə tutulur. == Yer == Döyüş İranın şimal-qərbində, Urmiya gölünün ətrafındakı Bradost bölgəsindəki İslamdan əvvəlki dövrə aid Dimdim qalasında baş vermişdir. Əmir xan Lepzerin tərəfindən yenidən ucaldılan qala sonda Səfəvi qoşunu tərəfindən ələ keçirildi. Sonradan isə Osmanlı valisinin əmrilə dağıdıldı. Qalanın dağıdılmasına baxmayaraq, bu gün qalannı dəqiq yeri hələ də müəyyən edilə bilir. Qalanın yerində qalanın divarlarının bir hissəsi və bəzi tikinti materiallarının qalıqları hələ də qalır. == Döyüş == Döyüş Dimdim qalası ətrafında baş vermişdir. Dağılan qala 1609-cu ildə Əmir xan Lepzerin tərəfindən bərpa edildi. O, genişləyən bəyliyinin müstəqilliyini həm Osmanlıya, həm də Səfəvilərə qarşı müdafiə etmək istəyirdi. Buna görə də, Dimdim qalasını bərpa edərək, orada möhkəmlənməyi planlayırdı.
Dimdim qalası
Dimdim qalası (kürd. قەڵای دمدم , fars. قلعه دمدم‎) indiki İranın Qərbi Azərbaycan vilayətində, Urmiya gölünün qərbində Dimdim dağının zirvəsində yerləşən tarixi kürd qalası. Dimdim döyüşü adı ilə xatırlanan döyüş bu qalanın yaxınlığında baş vermişdir. Şifahi məlumatlara görə qala İslamdan əvvəlki dövrdə tikilib. Qala Səfəvilər tərəfindən 1609-cu ildə tutulub, sonra həmin il Əmir Xan Ləpzerin tərəfindən yenidən inşa edilib. Digər mənbələrdə isə Dimdim qalasının 1610-cu ildə alındığı qeyd edilir == Qalanın adı == "Dimdim" sözünün qala daşlarının qaladan vasitə düşərkən çıxardığı səs-küylə bağlı olaraq yarandığı, yəni onomatopoeik bir söz olduğu düşünülür.
Qali Rəxim
Qali Rəxim (tam adı:Möxəmmədqali Möxəmmədşakir ulı Qabderəximov) — tatar yazıçı, folklorşunas, alim, ictimai xadim, represiya qurbanı Ləqəbilə daha çox tanınan Qali Rəximin adı, atasının adı və soyadı tatar qaynaqlarında Möxəmmədqali Möxəmmədşakir ulı Qabderəximov kimi yazılır. Ruslar isə onu öz dillərinə uyğunlaşdıraraq Muxammetqali Abdureximov kimi yazırlar. 1898-ci il noyabrın 4-də tacir ailəsində doğulan Qali Rəxim o dövrün tanınmış elm ocaqlarından sayılan "Möxəmmədiyyə" mədrəsəsində oxuyub. O, uşaqlıqdan elmə, ədəbiyyata maraq göstərsə də, valideynləri övladlarını tacir görmək istədiklərindən ticarət məktəbində oxumasını məsləhət görüblər. Qali Rəxim də valideynlərinin istəyinin əksinə getməyib. 1905-ci ildə Kazandakı ticarət məktəbinə daxil olub. Orada ixtisas fənləri ilə yanaşı, bir neçə dil öyrənib, ictimai fənlərə böyük maraq göstərib. Təhsildəki uğurlarından, müəllimlərinin onu ruhlandırmasından ilhamlanaraq 1909-cu ildə yəni, 21 yaşında "Yer coğrafiyası" kitabını çap etdirib. Bu kitabdan uzun müddət Rusiyadakı türk xalqlarının övladları dərslik kimi istifadə ediblər. 1913-cü ildə məktəbi bitirən Qali Rəximi valideynləri Moskvadakı Ticarət İnstitutunun iqtisadiyyat fakültəsində oxumağa göndərib.
Riim Mansur
Riim Mansur (20 dekabr 1993, Cizə) — Misirli oxatan. Riim Mansur Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Riim Mansur birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Lin Şih-çia ilə üz-üzə gəldi. Həmin görüşdə Riim Mansur rəqibinə 0:6 hesabı ilə uduzdu.