Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəhmsiz (film, 1952)
Rəhmsiz — 1952-ci ildə məhəbbət janrında çəkilmiş hind filmidir. Film Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir. == Rollarda == == Xarici keçidlər == Rəhmsiz — Internet Movie Database saytında.
Hüseyn Rəhmi Gurpınar
Hüseyn Rəhmi Gurpınar (17 avqust 1864, Konstantinopol – 8 mart 1944, Heybəliada, İstanbul ili) — türk yazıçı, publisist. == Həyatı == O, 17 avqust 1864-cü ildə padşahın yavəri Mehmed Səid paşa və Ayşə Sidiqə xanımın ailəsində İstanbulda Ayaspaşada dünyaya gəlmişdir. Kiçik yaşlarında anasını vərəm xəstəliyindən itirən Hüseyn Rəhmi bir müddət Giritdə atasının yanında qalıb, ilk təhsilinə burada başlasa da, atası evləndikdən sonra ana nənəsinin yanına İstanbula qayıtmışdır. O, burada Ağsarayda Yaqubağa məhəlləsində nənəsi və xalalarının yanında böyümüşdür. Burada Yaqubağa (Ağayoxuşu) məhəllə məktəbində, daha sonra Mahmudiyyə Rüşdiyyəsində təhsil almışdır. Tarix müəllimi Əbdürrəhman Şərəf Əfəndinin təşviqi ilə iki ilə qədər Mülkiyyə məktəbində təhsilinə davam etmiş, burada fransız dilini incəliklərinə qədər öyrənmişdir. İkinci kursda oxuyarkən möhkəm xəstələnmiş və bununla əlaqədar olaraq təhsilini yarım qoymalı olmuşdur (1880). Bir müddət müxtəlif dövlət müəssələrində məmur kimi fəaliyyət göstərsə də, 1908-ci ildə işindən ayrılıb, həyatını ədəbiyyata həsr etmişdir. Hüseyn Rəhmi Türkiyə Böyük Millət Məclisinin Kütahya üzrə 5-ci (1936–1939) və 6-cı (1939–1943) Çağırış millət vəkili kimi fəaliyyət göstərmişdir. O, 8 mart 1944-cü ildə İstanbulda Heybəliadadakı evində vəfat etmiş, Abbas Paşa qərbristanlığında dəfn edilmişdir.
Conbenet Remsi
Conbenet Remsi (ing. JonBenét Patricia Ramsey; d.6 avqust 1990-cı il, Corciya, Atlanta — ö. 25 dekabr 1996-cı il, Kolorado, Boulder) — ABŞ-də uşaq gözəllik müsabiqəsinin qalibi. 1996-cı ildə sərt bir cisimlə vurularaq və boğularaq öldürülmüşdür. Çoxsaylı versiyalara və fərziyyələr baxmayaraq, Remsinin qatili və ya qatilləri tapılmadı. == Bioqrafiyası == Conbenet Remsi 6 avqust 1990-cı ildə Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində Con Bennett Remsi və Patrisiya Remsinin ailəsində dünyaya gəlib. Onun özündən böyük Bork adında bir qardaşı var idi. Conbenet bir yaşında ikən, 1991-ci ildə ailəsi Kolorado ştatı Boulder qəsəbəsindəki on beş otaqlı evə köçür. Atası proqram təminatının distributorluğu ilə məşğul olurdu, keçmiş "Miss Virciniya"(1977) titulu sahibi və "Miss Amerika" yarışmasında iştirak edən anası Patrisiya Remsi isə uşaqlara baxırdı – Conbenet və böyük qardaşına.Conbenet çoxsaylı uşaq gözəllik müsabiqələrində iştirak edib. O, bir sıra titullar qazanıb: "Colorado State All-Star Kids Cover Girl", "America’s Royal Miss", "Little Miss Charlevoix,", "National Tiny Miss Beauty", " Little Miss Colorado", " Little Miss Christmas".
Enn Remsi
Enn Remsi (ing. Anne Ramsey) – məşhur ABŞ aktrisasıdır.1988-ci ildə boğaz xərçəngindən vəfat etmişdir.
Kalvin Remsi
Kalvin Vilham Remsi (31 iyul 2003, Aberdin) – İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu. == Karyerası == === Aberdin === Aberdinin heyətində ilk matçına 20 mart 2021-ci ildə keçirilən Dundee Yunayted-Aberdin matçının 90+1-ci dəqiqəsində çıxıb.Matç Dundee Yunaytedin 1–0 hesablı qələbəsi ilə başa çatıb.Aberdində ilk qolunu 2 aprel 2022-ci ildə keçirilən Dundee-Aberdin matçının 41-ci dəqiqəsində vurub. Matçın 78-ci dəqiqəsində əvəzlənib. Matç 2–2 hesablı heç-heçə ilə başa çatıb.19 iyun 2022-ci ildə Aberdindən ayrıldı. === Liverpul === 19 iyun 2022-ci ildə Aberdindən Liverpula transfer olundu.