Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan rəngkarlığının kraliçası (film, 2009)
Azərbaycan rəngkarlığının kraliçası filmi rejissor Nicat Feyzullayev tərəfindən 2009-cu ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın ilk peşəkar qadın rəngkarı Vəcihə Səmədovaya həsr olunub. == Məzmun == Film ötən əsrin ortalarında yaşayıb- yaratmış görkəmli Azərbaycan rəssamı, Azərbaycanın ilk peşəkar qadın rəngkarı, Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovaya həsr olunub. Filmdə rəssamın müasirləri — Tahir Salahov, Ömər Eldarov, Tokay Məmmədov, Həyat Abdullayeva, həmçinin bəstəkar Xəyyam Mirzəzadə danışır.
Barokko (rəngkarlıq)
Barokko rəssamlığı — XlV-XVI əsrlər mədəniyyətindəki barokko dövrünə aid olan rəsm əsərləri. Bu cərəyan çox vaxt mütləqiyyət, əksreformasiya və katolik intibahı ilə əlaqələndirilsə də, Qərbi Avropanın mütləqiyyətçi olmayan və protestant dövlətlərində də barokko üslubunda əhəmiyyətli əsərlərin mövcudluğu barokkonun populyarlığını göstərir. Barokko rəssamlığı insan və dünyanın harmoniyasını deyil, onların arasındakı ziddiyyətləri göstərməyə çalışır. Böyük Dünyanı birdəfəyə qavramaq heç də hamı üçün asan olmadığından rəssamlar simvolik obrazlardan, işarə və eyhamlardan istifadə edərək əsərin hüdudlarından kənarda olan məkanın bədii izahını verirdilər. == İtaliyada Barokko üslubu == Barokkonun XVII əsr italyan incəsənətində, xüsusən memarlıq və heykəltəraşlığında hakim mövqe tutmasına baxmayaraq, realist üslub da özünəməxsus yer tuturdu. Bu üslub daha çox Avropa realist rəngkarlığının inkişafına misilsiz təsir göstərən Mikelancelo Merizi da Karavaconun əsərlərində öz ifadəsini tapırdı. İtaliyanın özündə Karavaconun çoxlu ardıcılları meydana gəldi ki, onları karavacoçular adlandırırdılar. Bununla bərabər, karavacopərəstlər İtaliya sərhədlərindən uzaqlarda da mövcud idi. O dövrün dahi rəssamlarından heç biri Avropa realist sənətində əsas mərhələ təşkil edən Karavacodan yan keçə bilmədi. Karavaconun sərt pealizmi onun müasirləri, «yüksək sənət» təpəfdarları sarıdan başa düşülmürdü.
Rəngkarlıq
Rəngkarlıq - Təsviri sənətin bir qoludur. Rəngkarlıq qədim dövrlərə dayanan sənətdir. Azərbaycan rəngkarlığı təsviri incəsənətin qədim və zəngin tarixə malik olan əsas növlərindən biridir. İlk rəngkarlıq nümunələri hələ ibtidai icma quruluşu dövründə meydana gəlmişdi. Rəngkarlıq sənəti bədii-estetik cəhətinə görə monumental rəngkarlıq, teatr-dekorativ rəngkarlıq, dəzgah rəngkarlığı, miniatür rəngkarlıq növlərinə bölünür. Dəzgah boyakarlığına aid əsərlər molbert üzərinə bənd edilmiş kətan, taxta lövhə, karton və divar üzərində yağlı boya ilə çəkilir, məzmununa və funksiyasına görə müstəqil səciyyə daşıyır. Azərbaycan coğrafi mövqe etibarı ilə şərqə daha çox yaxın olduğuna görə miniatur sənəti burda daha çox inkişaf etmişdir. Zaman keçdikçə, dövlətlər arasında əlaqələr genişləndikcə rəngkarlıq bura da gəlmişdir. Azərbaycan rəngkarlarından dövr etibarı ilə Əzim Əzimzadə, Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Vəcihə Səmədova, Davud Kazımov, Tahir Salahov, Fərman Qulamov və bir çox rəssamın adını çəkmək olar. Adlarını sadaladığımız rəssamlar rəngkarlığın əsasən klassik dəzgah, monumental janrlarında əsərlər yaratmışlar.
Rəngkarlıq muzeyi
Rəngkarlıq muzeyi - XX-XXI əsrlər Azərbaycan rəngkarlığı muzeyi. Dövlət Bayrağı Meydanının ərazisində yerləşən muzey Heydər Əliyev Fondu tərəfindən təsis edilib. Muzeyin təntənəli açılışı 2015-ci ilin iyun ayında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Muzeydə həm tanınmış, həm də nisbətən az tanınan rəssamların Milli Rəsm Qalereyası və Müasir İncəsənət Muzeyi kimi dövlət kolleksiyalarından götürülmüş əsərləri təqdim edilir. 2018-ci ilin əvvəlindən, YARAT Müasir İncəsənət Məkanına bu il ərzində müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər keçirmək və tədbirlər proqramını təşkil etmək səlahiyyətləri verilib. Rəngkarlıq Rəng Aida Mahmudova "Muzeyin sərgiləri". www.yarat.az. İstifadə tarixi: 28.01.2021. ""Danışır Bakı"-1900-1940-cı illər". edumap.az.
XX–XXI Əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
XX–XXI Əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ya sadəcə Rəngkarlıq Muzeyi – Azərbaycanın Bakı şəhərində yerləşən incəsənət muzeyi. == Tarixi == Rəngkarlıq Muzeyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş və açılışı 2015-ci ilin iyununda baş tutmuşdur. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişdirlər. 2018-ci ilin əvvəlində muzey YARAT Müasir İncəsənət Məkanının səlahiyyətinə verilmişdir. == Sərgi və eksponatlar == Muzeydə həm tanınmış, həm də nisbətən az tanınan rəssamların Milli Rəsm Qalereyası və Müasir İncəsənət Muzeyi kimi dövlət kolleksiyalarından götürülmüş əsərləri təqdim edilir. Muzeydə Mikayıl Abdullayev, Rasim Babayev, Səttar Bəhlulzadə, Gennadi Brijatyuk, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Ucal Haqverdiyev, Cavad Mircavadov, Böyükağa Mirzəzadə, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Nadir Qasımov, Eldar Qurban, Maral Rəhmanzadə, Altay Sadıqzadə, Oqtay Sadıqzadə, Tahir Salahov, Xalidə Səfərova, Mahmud Tağıyev, Tağı Tağıyev, Fərhad Xəlilov və Qəyyur Yunus kimi rəssamların əsərləri sərgilənmişdir. Muzeydə müxtəlif mövzulara həsr olunmuş sərgilər təşkil olunur. Muzeydə "Əmək, istirahət və xəyallar: 1960–1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə" (may 2018 – yanvar 2019), "Danışır Bakı: 1900–1940-cı illər" (aprel–oktyabr 2019), kimi sərgilər baş tutmuşdur.
Rəngdar
Rəngdar (keçmiş adları Rənginədahar, Vəngidar) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Rəngidar (oyk.), (sadə.) - Quba rayonunun Xaltan inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Əsl adı Rənginədahardır. Oykonim tat dilindəki "rənginə" (rəngli) və "dahar" (qaya) sözlərindən düzəlib, “rəngli qaya” mənasındadır. Kənd eyniadlı qayanın yaxınlığında salındığından həmin qayamn adını daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 123 nəfər əhali yaşayır.
Rənglər
Rəng — optik diapazonda elektromaqnit şüalanmasının keyfiyyətli subyektiv xarakteristikasıdır. Rəng hissetmənin fizioloji görüntüsü əsasında yaranır və bir sıra fiziki, fizioloji və psixoloji faktorlardan asılıdır. Rəngin fərdi qəbul edilməsi onun spektr tərkibindən, əhatə edən işıq mənbəyi ilə rəng və parlaqlıq kontrastından asılıdır. Bu faktor işıqlanmayan obyektlərlə də baş verir. Burada rəngin özündən, insan gözünün xüsusiyyətlərindən və psixikasından da asılılıq vardır. Berendsen, A. M., & Berendsen, A. M. (1989). Marine painting manual. London: Graham & Trotman. ISBN 1-85333-286-۰ p. 113.
Rənglər siyahısı
Rənglər siyahısı
Zəngbar (Bostanabad)
Zəngbar (fars. زنگبار‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (11 ailə).
Əllər və rənglər (film, 1974)
Filmin süjeti təzadlar üzərində qurulmuşdur. Burada rəssam Toğrul Nərimanbəyovun "Xoşbəxtlik", "Həyat Naminə" rəngkarlıq əsərləri gözlərimiz önündə canlanır. Onu xalça toxuyan qızın əlləri əvəz edir. Heykəltəraşın yeni əsər üzərində necə həvəslə işlədiyini görürük. Bu vaxt ekranda xronikal kadrlar nümayiş etdirilir. Hitlerçilər minlərlə günahsız insanları güllələyir, asırlar. Onların əlləri qana batır. Yenidən ekranda rəssamlarımızdan Kamil Nəcəfzadənin "Analıq", Toğrul Nərimanbəyovun "Şəhər Bazarı", R.Babayevin "Çayçı" əsərləri nümayiş etdirilir. Bu gözəl əsərləri birdən-birə Vyetnam müharibəsi əvəz edir. Göydən yerə bombalar yağış kimi yağdırılır, kəndlər yandırılır, qadınlar, uşaqlar, qocalar məhv edilir, qan su yerinə axıdılır.
Mavi ən isti rəngdir (film, 2013)
Rita Renuar
Rita Renoir (16 yanvar 1934, XV arondisman (Paris) – 4 may 2016, Parisin 18-ci dairəsi[d]) — fransız kino və teatr aktrisası. Rita Renuar 1938-ci ildə Parisda anadan olmuşdur. Aktrisa 1960-cı illərdə "Crazy Horse Saloon"da çalışmağa başlasa da, son 10-15 ildə teatrda işləməyə üstünlük vermişdir.. 4 may 2016-cı ildə 78 yaşında vəfat edib. 1953: Les Compagnes de la nuit 1958: Le Sicilien 1962: Commandant X (TV) 1963: Mondo di notte n. 3 1963: Dragées au poivre 1964: Ni figue ni raisin (TV) 1964: Qırmızı səhra, rejissor Mikelancelo Antonioni 1966: Chappaqua 1967: Fantomas Skotland-Yarda qarşı 1970: Cannabis 1975: Le Futur aux trousses 1981: Sois belle et tais-toi 1982: The Angel 1984: Lire c'est vivre: Élie Faure, Vélasquez et les Ménines (TV) 1965: Du vent dans les branches de sassafras, rejissor René Dupuy; Miriam 1967: Le Désir attrapé par la queue, Pablo Pikasso 1973: Et moi qui dirai tout, Le Diable, Théâtre de Plaisance, Paris J'aime le strip-tease, Frank Horvat-Patrick Lindermohr, Éditions Rencontres, 1962 Entretien avec Rita Renoir, in Plexus, la revue qui décomplexe, n. 3, Paris, 1966 Homenaje a una joven bruja, Julio Cortázar, Territorios, Mexico-Madrid-Buenos Aires, Siglo Veintiuno, 1978 Le Diable et la Licorne: métaphysique du strip-tease, Jean-Pierre Georges, Paris, La Table ronde, 2004, 153 pagg. Rita Renuar — IMDb səhifəsi Jean-Michel Palmier, «Rita Renoir: Les Voyeurs attrapés par la queue», in Politique Hebdo.
Pyer-Ogüst Renuar
Pyer-Ogüst Renuar (fr. Pierre-Auguste Renoir [pjɛʁ oɡyst ʁənwaʁ];25 fevral 1841[…], Limoj – 3 dekabr 1919[…], Kan-syur-Mer) — fransız rəssam, impressionizmin yaradıcılarından biri. Pyer-Ogüst Renuar 1841-ci il fevralın 25-də Fransanın Limoges şəhərində anadan olub. Atası dərzi olan Renuar ailənin dördüncü uşağı idi. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün 4 yaşında Parisə köçmək məcburiyyətində qalırlar. O, 13 yaşında ailəsinə maddi yardım etmək üçün işləməyə başlayır. İlk işi çini qablar düzəldən emalatxanada qabların üstünə şəkil çəkmək olur. Renuar rəssamlıqla burada tanış olur. Çini qabların üstündə rəssamlığın texniki tərəflərini öyrənir. Günortaya qədər çini qablara rəsmlər çəkir, günortadan sonra isə Luvr Muzeyinə gedib, orada usta rəssamların əsərlərin surətini kətana köçürürdü.