Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mavi rəqqasələr
Mavi rəqqasələr (fr. Danseuses bleues, ing. Blue dancers) — fransız rəssamı, impressionizmin banilərindən biri sayılan Edqar Deqa tərəfindən 1897-ci ildə çəkilmiş rəsm əsəridir. Əsərin ilk sahibi fransız kolleksiyaçı Düran-Rüel, ikinci sahibi isə rusiyalı kolleksiyaçı Sergey Şukin olmuşdur. Əsər 1918-ci ildən 1948-ci ilə kimi Yeni qərb incəsənəti dövlət muzeyində saxlanılıb. 1948-ci ildən A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində sərgilənir. Əsər pastel vasitəsilə 65×65 sm ölçüdə olan kağız üzərində işlənilib. == Yaranma tarixi == Əsər Edqar Deqanın yaradıcılığının son mərhələsinə aiddir, bu zaman rəssamın görmə qabiliyyəti zəifləmiş və o, böyük rəngli ləkələrlə işləməyə başlamış, şəklin səthinin dekorativ təşkilinə daha çox əhəmiyyət vermişdir. Rəqqasələr mövzusu rəssama çox yaxın idi və onun tərəfindən pastel, yağlı boya və şəkil janrında dəfələrlə təkrar olunmuşdur. Bəzi tənqidçilərin fikrincə boya ahəngdarlığının gözəlliyinə və kompozisiya həllinə görə, "Mavi rəqqasələr" əsəri həmin mövzuda Deqanın nail olduğu təcəssümün ən yaxşı nümunəsidir.