KƏMƏRÇİN

is. [ fars. ] Beli çinli (belinə rezin və ya bağ keçirilib çinlənmiş) qadın tumanı. Kəmərçin geymək. Kəmərçin tikmək.
– Mütrüblər təzə kəmərçinlər geyir, saqilər piyalələri hazırlayır, rəqqasələr zinətlərini üstlərinə tökürdülər. M.S.Ordubadi.
[Zərrintac] gödək paltodan çıxan uzun kəmərçininin qabağını əlində dəstələyib faytona əyləşdi. S.Rəhimov.

Синонимы

  • KƏMƏRÇİN kəmərçin bax tuman
KƏMƏRBƏSTƏ
KƏMƏRLƏMƏ

Значение слова в других словарях