Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ramitən
Ramitən (özb. Romitan) — Özbəkistanın Buxara vilayətində şəhər. 2010-cu ilin məlumatlarına görə Ramitəndə 13.940 nəfər yaşamaqda imiş.
Rahibə
Rahib — dini mərasimləri icra edən din xadimi. Ərəbcə rahib kəlməsi ruhban, rahbə, keşiş, kökündən gəlir. Rahbə "qorxub çəkinmə", keşiş "dərin dini qorxu ilə özünü dinə vermə" mənasındadır; rahib də Allahdan qorxan və fasilə ilə ibadət edən şəxsə deyilir. Quranda ruhbanlığın Allah tərəfindən fərz olmadığını,xristianların bunu uydurduğu bildirilmişdir. Təfsirlərdə deyilir ki, ruhbanlıq bir qrup xristianın dində ortaya çıxan fitnədən uzaqlaşıb dağlara çəkilərək ibadət etmə, mağaralarda və tək yerlərdə yaşama,qadınlardan uzaq durmaq kimi məşəqqətli bir həyat tərzinə qatlanmaqdır. Həmçinin qeyd olunur ki,ruhban ümumilikdə "Allahdan qorxanlar, özlərini ibadətə vermiş kimsələr", "İsanın davətinə itaət etmə və ona tabe olub şəriəti üzrə olanlar"və özəldə Xristian din adamları hesab olunur. Ümumilikdə ruhban sinifi sadəcə xristianlığa məxsus deyil, hər dinin öz tərzində ruhbanı ola bilər. Çünki Allahın əmri üzrə Ondan qorxan hər hansı şəxsə rahib deyilə bilər. İnsanların çoxu Allahdan qorxub inandıqları "din adamı" olaraq qəbul etdikləri bu adamlara din adına bir çox səlahiyyətlər verər və beləcə yoldan çıxarlar. Bu insanlar haqqında Allah buyurmuşdur: "Onlar öz alimlərini və ruhanilərini özləri ilə Allah arasına qoyub Rəbb tutublar.
Akiten
Akvitaniya (fr. Aquitaine, IPA: ​[a.ki'tɛn]) — Fransanın cənub-qərbində yerləşən region. 2016-ci il yanvar ayının 1-dən Yeni Akvitaniya regionun bir hissəsidir. Regionun inzibati mərkəzi ən böyük şəhər olan Bordodur. Regionun sakinləri akvitaniyalılar adlanır. == Coğrafiyası == Akvitaniyanın sahəsi 41 309 km², Fransa metropolisinin regionlar arasında üçüncü sırada, dövlətin isə yüzdə 8 faizini təmsil edir.
Ekiben
Ekiben (駅弁) – Yaponiyada qatar stansiyalarında satılan bento çeşidi. Ekibenlər yemək çubuqları və ya qaşıqlarla da təqdim oluna bilər. Ekiben qabları plastikdən və ya taxtadan hazırlana bilər. Bir çox qatar stansiyaları yerli yemək çeşidlərinin olduğu ekibenləri ilə məşhurlaşıb. Ekibenlərin tarixçəsi XIX əsrdən başlayır. Tezliklə ekiben uzun qatar səyahətləri zamanı ehtiyac duyulan bento çeşidinə çevrilib. Ekiben satışları 1980-ci illərdə öz pik nöqtəsinə çatmasına baxmayaraq, hava səyahətinin populyarlaşması, eləcə də, qatar səyahətinin sürətlənməsi nəticəsində satışlarda azalma başlayıb. Buna baxmayaraq, ekibenlər hələ də öz populyarlıqlarını saxlayırlar: stansiyalarda, platformalarda və ya qatarın içində satılır və ekiben qabları səyahətçilər tərəfindən bəzən suvenir kimi saxlanılır. Ekiben sadəcə Yaponiyada deyil, digər Şərqi Asiya ölkələrində də (xüsusilə Tayvan) populyardır. == Tarixi == "Ekiben" sözü yapon dilində "stansiya" mənasına gələn "eki" və "bento" sözünün qısaltması olan "ben" sözlərinin birləşməsindən yaranıb.
Tereza Raken
Tereza Raken — XIX əsr fransız naturalist nəsrinin simalarından biri olan Emil Zolyanın (1840-1902) romanı. Roman müxtəlif dillərə tərcümə edilib. Ehtirasın doğurduğu cinayət və qatillərin cinayətdən sonrakı psixoloji sarsıntıları, peşmançılıq və özünə haqq qazandırmaq cəhdi roman boyu oxucunu arxasınca aparır. Romandakı sevgi iki insanın bir-birinə öyrəşməyi öyrəşməyi üzərində qurulub. Xalası oğlu xəstəhal Kamillə xalası xanım Rakenin istəyi əsasında evlənməyə məcbur olan Tereza ərinin dostu Loranın simasında sevginin və ehtirasın gerçək dadını çıxarmaq istəyir, amma arada divar kimi olan Kamil bu yaxınlığa böyük maneədir. Məşuqlar Kamilli aradan götürməklə azadlığa qovuşacaqlarını güman edirlər,lakin hər şey əksinə olur. Kamilin kabusu onları bir an belə rahat buraxmır.