Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
RM (repper)
Kim Namjoon (kor. 김남준; 12 sentyabr 1994) və ya səhnə adı ilə RM — Cənubi Koreyalı reper 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən qurulan K-pop musiqi qrupu olan BTSin lideri, əsas repperi, musiqi prodüseri və bəstəkarıdır. RM 2015-ci ildə ilk solo qarışıq albomu olan "RM"-ni buraxdı. 2018-ci ildə o, ikinci qarışıq albomu olan, ABŞ-nin Billboard 200-də 26-cı sıraya yüksələn və qrafik tarixində koreyalı solistin ən yüksək reytinqə malik albomu Mono-nu buraxdı. O, həmçinin Vale, Yonha, Varren Q, Qaeko, Krizz Kaliko, MFBTY, "Fall Out Boy", "Primary" və Lil Nas X kimi sənətçilərlə əməkdaşlıq edib. == Həyatı == === İlk İllər === Kim Namcun (Koreyaca: 김남준) 12 sentyabr 1994-cü ildə Cənubi Koreya-nın Dongjak-gu şəhərində anadan olub və dörd-beş yaşında ailəsi ilə köçdüyü İlsan-da böyümüşdür. Özündən kiçik bacısı var. Uşaq ikən RM anasının istəyi ilə Friends komediya seriyalina baxaraq ingiliscə öyrənib. Tələbə ikən fəal şəkildə şeir yazırdı və yazılarına görə tez-tez mükafat alırdı. Təxminən bir il ərzində əsərlərini onlayn bir şeir veb saytına göndərdi və burada diqqət çəkdi.
General Atomics MQ-9 Reaper
MQ-9 Reaper (ilk adı RQ-9 Predator B) "General Atomics Aeronautical Systems" tərəfindən ABŞ Hərbi Hava Qüvvələri (USAF), ABŞ Hərbi Donanması və Kral Hərbi Hava Qüvvələri üçün yaradılmış PUA. MQ-9 ilk zərbəçi PUA-dır. MQ-9 Reaper PUA-nın turbopərvanə motoru saatda 250 knot sürət yığmasını və 40.000 feet hündürlüyə çıxmasını təmin edir. MQ-9 Reaper UAV-nin uçuş müddəti isə 20 saat təşkil edir. MQ-9 Reaper UAV 1.5 ton ağırlığında olan sursat daşımaq qabiliyyətinə malikdir. (Hellfire döyüş raketi və GBU-12 Lazer Başlıqlı Bombalar). General Atomics MQ-1 Predator PUA-larının baza modeli əsasında yaradılmış olan General Atomics MQ-9 Reaper PUA-larından hal-hazırda 104 ədəd istehsal edilmişdir.