Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Redinq
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Redinq Muzeyi
Redinq Muzeyi — İngiltərənin Berkşir qraflığının Redinq şəhərində tarixi muzey. Muzey Redinqin tarixini təsvir edən qalereyaları, qazıntılar zamanı aşkar edilmiş artefaktları və digər kolleksiyaları ehtiva edir. == Tarixi == Muzeyin fasadı 1875-ci ildə Alfred Uaterhous tərəfindən layihələndirilsə də, bina 1786–1897-ci illər arasında bir neçə mərhələyə tikilmişdir. 1879-cu ildə kitabxana və muzeyin yerləşdiyi yeni qanadın təməli qoyuldu və muzey 1883-cü ildə açıldı. 1897-ci ildə muzey daha da genişləndi və yeni qalereyalar əlavə edildi. Muzey 1989-cu ildə təmir üçün bağlandı və 1993-cü ildən 2000-ci ilə qədər mərhələlərlə açıldı. == Qalereyaları == === Oxu qalereyası === Qalereyada VI-cı əsr, Saksonların yaşadəğı dövrə aid eksponatlar nümayiş etdirilir. Redinq Abbatlığına xüsusi diqqət yetirilir. === Silçester qalereyası === Qalereyada yaxınlıqdakı Silçester şəhərində aparılan qazıntılardan əldə edilən çoxlu arxeoloji tapıntılar, eləcə də Roma şəhərinin həyatına dair izahlı modellər və digər məlumatlar nümayiş etdirilir. Qalereyaya bürünc Silçester Qartalı daxildir.