Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Duodenoqastral reflüks
Duodenoqastral reflüks — onikibarmaq bağırsaq (duodenum) möhtəviyyatının geriyə , mədənin içinə atılmasıdır. DQR səbəbi pilorik məngənənin tam qapanmaması, xroniki duodenit və duodenumda təzyiqin artmasdır .[1] DQR mədənin selikli qişasının, xüsusən də duoenuma yaxın olan antral hissənin öd turşuları və onlarının duzları, pankreas fermentləri , lizolesitin və digər duodenum möhtəviyyatının komponentləri ilə zədələnməsinə səbəb olur .[1] DQR uzun müddət mədə selikli qişasına təsiri nəticəsində reflüks-qastrit (C- tip qastrit) formalaşır .[1] Ancaq uzun müddət və intensiv davam edən reflüks kliniki əlamətlərlə müşahidə olunur. Xəstələrdə dillərində sarımtıl ərp, qarın nahiyəsində dəqiq lokalizasiya olmadan ağrı, dispepsiya (gəyirmə, göynəmə) müşahidə olunur. Bu əlamətləri olduqda pasientə FEQDS, ulstrasəs müayinəsi , sutkalıq pH metriya, elektroqastroenteroqrafiya təyin edilir. Turşuluğun təyini DQR olub-olmamasını və ağırlıq dərəcəsinin müəyyənləşdirmək üçün vacib meyar sayılır .[1] == Dərmanla müalicəsi == DQR müalicəsi mədə və duodenumun hərəkətinin (motorikasının) nizamlanması və öd turşularının , lizolesitinin mədəyə aqressiyasının neytrallaşdırılmasına yönəldilir. Duodenal möhtəviyyat əsasən mədə turşuluğunun olması fonunda zədələyici təsir göstərdiyindən müalicə zamanı proton nasosu ingibitorlarından da istifadə etmək tövsüyyə olunur . Motorikanı nizamlamaq üçün prokinetiklər, öd turşularınının selikli qişaya zədələyəci təsirlərinin qarşısını almaq üçün isə ursodezoksixol turşusu preparatları istifadə olunur [1] Bundan başqa DQR zamanı qaraciyərin , mədəaltı vəzin , öd kisəsi və yollarının , bağırsaqların yanaşı gedən xəstəlikləri müalicə olunmalıdır. == Mənbə == Белоусов С. С., Муратов С. В., Ахмад А. М. Гастроэзофагеальная рефлюксная болезнь и дуоденогастральный рефлюкс. — Н. Новгород: Изд-во Нижегородской государственной медицинской академии, 2005. — 120 с.
Refleks
Refleks (lat. reflexux – əks etmə) — orqanizmin xarici və daxili mühitdə baş verən qıcıqlanmalara qarşı sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyaları. Refleksin bioloji əhəmiyyəti orqanizmin daxili mühitinin sabitliyini saxlamaq üçün orqanların işinin tənzimlənməsindən və onların funksional qarşılıqlı təsirini yaratmaqdan ibarətdir. Refleks iki böyük qrupa bölünür: şərti və anadangəlmə və ya şərtsiz. Şərtsiz refleksin icrası üçün heç bir hazırlıq, şərt, təlim tələb olunmur (Məs., əmmə, gözqırpımı, bəbək R.-i və s.). Demək hər heyvan növünün özünəməxsus şərtsiz, irsi refleksi vardır. Şərti refleks həyat prosesləri nəticəsində qazanılır. Dəyişkəndir, müvəqqətidir, fərdi xüsusiyyət daşıyır, yəni refleksin yaranması üçün xüsusi şərtlər və vaxt lazımdır. "Şərti refleks" terminini ilk dəfə elmə İ.P.Pavlov daxil etmişdir.
Okulokardial refleks
Okulokardial refleks ( Aşner refleksi) — göz almasının massajı zamanı xoşagəlməz hal kimi meydana çıxa bilər. Refleks göz almasına barmaq vasitəsilə möhkəm sıxarkən meydana çıxır. Cavab reaksiyası sinir sisteminin simpatik və parasimpatik şöbələrinin fərdi uzlaşmasından asılıdır. Göz almasının sıxılmasına yönəlmiş qüvvə nə qədər artıq və intensiv olarsa, ekzaltasiya fazası bir o qədər aydın təzahür edər, həmçinin növbəti ifrat effekt fazası bir o qədər gec başlayar. İnsanların 62 %-də parasimpatik şöbə funksional daha davamlı olduğundan, adətən refleks zamanı ürək ritminin ləngiməsi (bir dəqiqədə 4-8 döyüntü) və arterial təzyiqin aşağı düşməsi müşahidə edilir. Bu refleks yeni doğulan körpələr üçün xarakterikdir. Bunu uşaqların oftalmocərrahiyyəsi zamanı, xüsusən də çəpgözlüyün korreksiyası zamanı nəzərə almaq lazımdır. Bu refleksin nəticəsi bradikariya, qeyri-sinusial ritm, asistologiya və nadir hallarda isə ölüm ola bilər.
Qastro-ezofageal reflyuks xəstəliyi
Qastro-ezofageal reflyuks xəstəliyi — Mədə tərkibinin (turşusunun) patoloji şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma (heartburn) şikayəti ilə müraciət edə bilərlər. Bəzən qida borusunun arxasındakı yanmadan başqa qidaların və suyun ağıza gəlməsi şəklində də baş verir. Ezofaqeal reflyuks tez tez yeməklərdən sonra olur. Qastro-ezofageal reflyuks xəstəliyinə, bütün dünyada olduğu kimi Azərbaycanda də çox rastlanır. Ölkəmizdə aparılan bir çalışmada, cəmiyyətin 20%-də qastro-ezofageal reflyuks xəstəliyi aşkar edilmişdir. Qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının kökündə, qida borusunun uzun bir müddət, çox miqdarda mədə turşu tərkibi ilə təması yatmaqdadır. Mədənin turşu tərkibinin qida borusu ilə uzun müddətli təması qida borusunda zədəyə yol açır və bu da yanma hissinə səbəb olur. Normal olaraq qida borusunun alt ucunda, alt ezofaqus sfinkteri dediyimiz əzələdən əmələ gələn qapaq bənzəri bir struktura mövcuddur. Bu struktur turşunun qida borusuna geri gəlməsinin qabağını alaraq mədənin içində qalmasını təmin edir.
Aşner refleksi