Duodenoqastral reflüks
Duodenoqastral reflüks — onikibarmaq bağırsaq (duodenum) möhtəviyyatının geriyə , mədənin içinə atılmasıdır.
DQR səbəbi pilorik məngənənin tam qapanmaması, xroniki duodenit və duodenumda təzyiqin artmasdır .[1]
DQR mədənin selikli qişasının, xüsusən də duoenuma yaxın olan antral hissənin öd turşuları və onlarının duzları, pankreas fermentləri , lizolesitin və digər duodenum möhtəviyyatının komponentləri ilə zədələnməsinə səbəb olur .[1]
DQR uzun müddət mədə selikli qişasına təsiri nəticəsində reflüks-qastrit (C- tip qastrit) formalaşır .[1]
Ancaq uzun müddət və intensiv davam edən reflüks kliniki əlamətlərlə müşahidə olunur. Xəstələrdə dillərində sarımtıl ərp, qarın nahiyəsində dəqiq lokalizasiya olmadan ağrı, dispepsiya (gəyirmə, göynəmə) müşahidə olunur. Bu əlamətləri olduqda pasientə FEQDS, ulstrasəs müayinəsi , sutkalıq pH metriya, elektroqastroenteroqrafiya təyin edilir. Turşuluğun təyini DQR olub-olmamasını və ağırlıq dərəcəsinin müəyyənləşdirmək üçün vacib meyar sayılır .[1]
== Dərmanla müalicəsi ==
DQR müalicəsi mədə və duodenumun hərəkətinin (motorikasının) nizamlanması və öd turşularının , lizolesitinin mədəyə aqressiyasının neytrallaşdırılmasına yönəldilir. Duodenal möhtəviyyat əsasən mədə turşuluğunun olması fonunda zədələyici təsir göstərdiyindən müalicə zamanı proton nasosu ingibitorlarından da istifadə etmək tövsüyyə olunur . Motorikanı nizamlamaq üçün prokinetiklər, öd turşularınının selikli qişaya zədələyəci təsirlərinin qarşısını almaq üçün isə ursodezoksixol turşusu preparatları istifadə olunur [1] Bundan başqa DQR zamanı qaraciyərin , mədəaltı vəzin , öd kisəsi və yollarının , bağırsaqların yanaşı gedən xəstəlikləri müalicə olunmalıdır.
== Mənbə ==
Белоусов С. С., Муратов С. В., Ахмад А. М. Гастроэзофагеальная рефлюксная болезнь и дуоденогастральный рефлюкс. — Н. Новгород: Изд-во Нижегородской государственной медицинской академии, 2005. — 120 с.