Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi
Regionşünaslıq
Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır. Əvvəlcə Böyük Britaniyaşünaslıq, 1999-cu ildən Almaniyaşünaslıq, 2001-ci ildən Fransaşünaslıq, Avropaşünaslıq, 2003-cü ildən Amerikaşünaslıq, 2005-ci ildən Yaxın Şərq və İsrailşünaslıq, 2006-cı ildən Azərbaycanşünaslıq, Skandinaviyaşünaslıq, Regionşünaslıq ixtisası (Böyük Britaniyaşünaslıq) üzrə magistratura 2002-ci ildən açılmışdır. 2003-cü ildən Almaniyaşünaslıq, 2005-ci ildən Fransaşünaslıq, 2007-ci ildən Amerikaşünaslıq ixtisasları üzrə magistrlar təhsil alır. İxtisas üzrə bakalavriaturada ilk buraxılış 2001-ci ildə, magistraturada 2004-cü ildə olmuşdur. İndiyədək bu ixtisas üzrə 389 bakalavr, 157 magistr məzun olmuşdur. 1998–2007-ci illərədək ixtisas üzrə fənlər Qərbşünaslıq və Beynəlxalq münasibətlər kafedralarının bazalarında keçilirdi. 23 fevral 2007-ci ildə Regionşünaslıq ixtisası üzrə tədrisin keyfiyyətinin və idarəolunmasının daha da yaxşılaşdırılması məqsədilə Regionşünaslıq kafedrasının yaradılması haqqında əmr verildi. Beləliklə, Regionşünaslıq kafedrası fəaliyyətə başladı. Kafedrada 32 müəllim çalışır. Onlardan biri akademik, doqquzu elmlər namizədi və digərləri 5 illik təhsili olan müəllimlərdir.