Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rektal prolaps
Rektal prolaps — Düz bağırsağın anusdan xaricə çıxmasıdır. Rektal prolaps anal sfinkter əzələlərinin zəifləməsi ilə əlaqədar inkişaf edir. Düz bağırsağın sallanması cərrahi xəstəliklərin 0,2–0,9%-ni, ptoktoloji xəstəliklərin isə 3–5%-ni təşkil edir. Qadınlarda kişilərə nisbətən 6 dəfə çox rast gəlir (80%). Adətən 4 yaşa qədər uşaqlarda müşahidə olunur.
Rektal qanaxma
Rektal qanaxma — Anal kanaldan öz-özünə qan gəlməsi, defekasiya və ya gücənmə zamanı qan xaric olunması hadisəsidir. Yoğun bağırsağın anal kanala yaxın sol hissəsindən qanaxmalar açıq və parlaq qırmızı rəngli olur. Yoğun bağırsağın sağ yarısından qanaxma tünd rəngdə, mədə və onikibarmaq bağırsaqdan qanaxmalar isə qara rəngdə, qəhvə çöküntüsünə bənzər (melena) olur.
Rekha
Rekha (tam. பானுரேகா கணேசன், hind. भानुरेखा गणेशन, ing. Bhanurekha Ganesan; 10 oktyabr 1954, Çennai) — hind aktrisası, müğənni. == Həyatı == Rekhanın əsl adı Banurekha Qaneşandır. 10 oktyabr 1954-cü ildə Hindistanda anadan olmuşdur. İki dəfə ailə həyatı qurub. Atası Qemini Qaneşan aktyor, anası Teluqu Puşpavalli aktrisadır. 12 yaşından filmlərə çəkilir. 1988-ci ildə "Qisas yanğısı" filminə çəkilmişdir.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Atriplex recta
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Clematis recta
Düz ağəsmə (lat. Clematis recta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Potentilla recta
Potentilla recta (lat. Potentilla recta) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Rauf Yekta
Rauf Yekta (d. 1871 – ö. 8 yanvar 1935) — türk musiqiçi və bəstəkar. == Həyatı == Rauf Yekta 1871-ci ildə İstanbul şəhərində dünyaya gəlmişdi. "Ati", "Yeni Mecmuə", "Resimli Kitap", "Şehbal", "Resimli Gazete", "Yeni Ses" və "Vakit" kimi müddətli mətbuat orqanlarında yazdı. Rauf Yekta 8 yanvar 1935-ci ildə vəfat edib.
Filago recta
Omalotheca sylvatica (lat. Omalotheca sylvatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin omalotheca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cyttarium silvaticum (L.) Peterm. Dasyanthus fuscus Bubani Dasyanthus sylvaticus (L.) Bubani Filago sylvatica (L.) Link Gamochaeta sylvatica (L.) Fourr. Gnaphalium sylvaticum L. Synchaeta silvatica (L.) Kirp.
Pulsatilla recta
Adi güləbətin (lat. Pulsatilla vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone pulsatilla L. Pulsatilla pulsatilla (L.) H.Karst.
Reka (çay)
Reka (sloven. Reka) və ya Timavo (it. Timavo) — Sloveniyanın qərb, İtaliyanın şimal-şərq hissəsindən axan çay. Reka çayı, Kars yaylasının karst boşluqlarından axaraq itən məlum çayların ən genişidir. Çay orta axarında, 1986-cı ildə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Şkosyan mağaralarında yerin altına keçir. Çay Adriatik dənizinin Triest körfəzinə tökülür. Çayın yerüstü hissəsinin uzunluğu 51 km, yeraltı hissəsinin təqribən 34 km, orta axını isə 8,26 m³/s təşkil edir. 1970-ci illərdə çay Sloveniyanın ən çirkli çaylarından biri hesab edilirdi. Çay Böyük Snejnik dağının yaxınlığında başlayır, onu təşkil edən axınların böyük hissəsinə Xorvatiyada çatır. Şkosyan kəndində çay yerin altında yoxa çıxır və Şkosyan mağaralarına gedir.
Ekta (film, 1942)
Ekta (film, 1942) — Rejissor Homi Vadianın Bombeydə Vadia Studioda istehsal etdiyi film. == Haqqında == Bu ağ-qara film Sinddə ilk filmdir və Kərim Buks Nizamani tərəfindən maliyyələşdirilib. Baş rolları Nizamani və Kauşalya ifa edir. Filmin Hind-müsəlman birliyinə həsr olunub. Filmin premyerası Kəraçidə Tac Mahal Kinoteatrında baş tutub, lakin film ticarət məhdudiyyətlərinə görə teatrlarda iki həftə sonra nümayiş olunub ki, bu da Vadio studionun büdcəsinə böyük zərər vurub. === İstehsalı === Rejissor Homi Vadia tərəfindən çəkilən bu film Ramom Pancvani tərəfindən hazırlanıb. Onun maliyyəsini filmin baş qəhrəmanı rolunu ifa edən Kərim Buks Nizamani qarşılayıb. Nizamani yalnız kino aktyoru deyildi, o həm də Sind yazıçısı, sosial işçi və torpaq sahibi idi. Onun "Kayi" tərcümeyi-halı Sinddə ən yaxşı tərcümeyi-hallardan biridir. Filmin digər qəhrəmanı Kauşalya Hindistanın Uttar-Pradeş məntəqəsindəndir.
Stara-Reka qoruğu
Stara-Reka qoruğu (bolq. Стара река) — Bolqarıstandakı Mərkəzi Balkan Milli Parkındakı doqquz qoruqdan biridir. Qoruq Balkan dağlarının bənzərsiz ekosistemlərini qorumaq üçün 19 mart 1981-ci ildə təşkil edilmişdir. 1974.7 ha (19.747 km²) bir ərazini əhatə edir. == Coğrafiya == Qoruq Plovdiv vilayətinin şimal hissəsində Karlovo şəhərindən bir neçə kilometr şimalda yerləşir. Balkan dağlarının cənub yamaclarını əhatə edir. Levski (2166 m) və Qolyam-Kupen (2169 m) zirvələrindən dağ zəncirinin əsas silsiləsindən Stara Reka vadisi və onun qolları boyunca cənuba doğru uzanır. Qoruğun hündürlüyü 1000 ilə 2169 m arasında dəyişir. Balkan dağlarının cənub yamaclarında il ərzində orta hesabla 120 gün davam edən qar örtüyü ilə mülayim iqlim var. Torpaq növləri müxtəlifdir - ən yüksək bölgələrdə dağ çəmən torpaqlarından tutmuş aşağı yüksəkliklərdə qəhvəyi meşə və qəhvəyi torpaqlara qədər dəyişir.
Oskar de la Renta
Oskar de la Renta (ing. Oscar de la Renta), tam adı Oskar-Aristid Renta-Fialo (isp. Oscar Aristides Renta Fiallo; 22 iyul 1932[…], Santo-Dominqo – 20 oktyabr 2014[…], Kent[d], Konnektikut) — dominikan əsilli amerikalı modelyer, Oskar de la Rentanın yaradıcısı. Jaklin Kennedidən başlayaraq o, ABŞ-ın bütün birinci xanımlarını — Nensi Reyqan, Lora Buş və Hillari Klintonu geyindirib. O, iki dəfə Amerika Moda Dizaynerləri Şurasının prezidenti olub, 1993-2002-ci illərdə Pyer Balmen evi üçün kolleksiyalar yaratdı və Paris yüksək moda evinə rəhbərlik edən ilk amerikalı oldu. == İstinadlar == == Xarici keçidlər == Cathy Horyn. Oscar's...Wild! // New York Times, 19 февраля 2009. David Amsden. Dynasty // New York Magazine, 2011.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Hektar
Hektar — 1 hektar 10000 m²-a bərabərdir. 1795-ci ildə metrik sistem təqdim olunanda ar – 240 m² və hektar – 240 m və ya 1/140 km² qiymətləndirildi.
Nektar
Nektar – bitki nektarlığından ifraz edilən şəkərli şirə. Nektar şəkərli (saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular, fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron, qaraçöhrə və s.) zəhərli Nektar ifraz edir. Nektar arıların və b. həşəratların qidasına daxildir. Nektar bal arılarının bal yığımının əsas hissəsini təşkil edir. == Nektarinidlər, nektarofaqlar == Çiçəklərin nektarı ilə qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır. == Müxtəliflik (Fərqlilik) == Nektarın tərkibi bitkidən bitkiyə fərqlənir. · alma — 46—53 % · gilas — 46—49 % · moruq — 35—64 % · motmotu — 35—42 % · qırmızı qarağat — 32—40 % · qarağat — 22—37 % Məsələn, at şabalıdının nektarı yalnız saxarozadan, rapsın nektarı isə yalnız qlükoza və fruktozadan ibarətdir.
Netta
Dalğıc (lat. Netta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Nikta
Nikta, Niks (yun. Νύξ, Νυκτός gecə) — qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Homerə görə, tanrı Zevs özü də Niktadan qorxarmış. Niks Tartarda yaşayır. Niks Roma mifologiyasında Noks olaraq bilinir.
Reana
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Eclipta erecta var. erecta
Anthemis bornmuelleri (lat. Anthemis bornmuelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Acmella lanceolata Link ex Spreng. Amellus carolinianus Walter Anthemis abyssinica J.Gay ex A.Rich. Anthemis abyssinica var. abyssinica abyssinica Anthemis cotula Blanco [Illegitimate] Anthemis cotula var. hierosolymitana Eig Anthemis cotula subsp. lithuanica (DC.) Tzvelev Anthemis cotula-foetida Crantz Anthemis cotuloides Raf. ex DC. Anthemis galilaea var. brachyota Eig Anthemis galilaea var.
Atriplex erecta
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Betta splendens
Betta splendens, (Xanıkimilər) dəstəsindan bir balıq növü. Betta (Betta splendens), təbii həyat sahəsi Asiya (Tayland, Malayziya, Kamboca və Vyetnam) olan, təxminən 4-6 sm boyunda bir balıq növü. Xüsusilə erkəklərin, üzgəclərinin görkəm və gözəlliyi və zadəganlığını əks etdirən ağır duruşuyla diqqət çəkən bir növdür. Latınca Adı: Betta splendens Həbidə idi və Ana vətəni: Tayland Bəslənmə Forması: Heyvan ilə bəslənən Davranış Forması: Orta dərəcədə təcavüzkar Öz Növlərinə Davranışı: Həddindən artıq Təcavüzkar Üzmə Səviyyəsi: Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və daha uzun üzgəclərə malikdir. Artıma: Kişi suyun üstünə köpükdən yuva edər, kişi və dişi yumurtlayarkən ata yumurtaları bu köpüklərə daşıyar və yumurtalara gözətçilik edər. İstilik: 26 °C Ən Çox Böyüdüyü Boy: 7 sm Ən Az Akvarium Həcmi: 30 lt Çətinlik Səviyyəsi: 1 ümumiyyətlə plafonlarda və stəkanlarda satılan bu balıqlar yaşadılma şəkli baxımından layiq olduqları yeri tapa bilməmiş ticari qayğılar üzündən üstün koru yaşadılmağa işlə/çalışılan narın və zadəgan balıqlardır. Beta, Cənnət balığı, Gurami kimi növlər Labirintlilər olaraq adlandırılar bunun səbəbi ol/tapıldıqları sudakı oksigen miqdarı çox düşdüyündə həyatda qalmalarını təmin edən labirint adı verilən əlavə tənəffüs orqanlarına da sahib olmalarıdır, doğrudan havadan oksigen təmin edə bilərlər. Plafonlarda satılmalarının səbəbi Labirint olaraq adlandırılan bir tənəffüs sistemlərinə daha sahib olmalarıdır. Labirintlilər qrupuna girən Cənub Şərq Asiyanın bu davaçı balığı ümumiyyətlə plafonlarda baxılmalarına baxmayaraq ən az 30 litrlik akvariumlarda baxılmalıdır. Davranış formaları gərəyi iki kişis(n)i eyni mühitdə yaşada bilməzsiniz, nəticə mütləq bir balığın itirilməsi olacaq.
Betula lenta
Betula lenta (lat. Betula lenta) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Rekista
Rekista (fr. Réquista, oks. Requistar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12197. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1195 nəfərdən (15-64 yaş) 870 nəfəri iqtisadi cəhətdən fəal, 325 nəfər hərəkətsiz (fəaliyyət göstərici 72.8%, 1999-cu ildə 70.6%) idi.
Boa regia
Python regius (lat. Python regius) — əsl pitonlar cinsinə aid ilan növü.