Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rekursiya
Rekursiya (en. recursion) – proqramın özü-özünü çağıra bilməsi. Çox da böyük olmayan sadə proqramların bəzi alqoritmləri rekursiv yerinə yetirilə bilər, ancaq bu halda yaxşı sürətə, yaxud işin səmərəliliyinə zəmanət olmur. Rekursiyadan həddindən artıq istifadə olunması, faktiki olaraq, proqramın yerinə yetirilməsi zamanı onun stek fəzasından çıxmasına səbəb ola bilər ki, bunun da nəticəsində, adətən, proqram dayanır və hətta sistemdə qəza vəziyyəti də yarana bilər. Eyni növ məsələlərdən ibarət olan məsələləri həll etməyin təbii yolu rekursiyadan istifadə etməkdir. Məsələn, müəyyən növ fraktalların (FRACTAL) çəkilməsi; sintaktik təhlil (PARSİNG); çeşidləmə (SORT); matrisi oxşar matrislərə parçalamaqla onun determinantının hesablanması zamanı rekursiyalar çox səmərəli olur. Tam ədədin faktorialının (FACTORİAL) hesablanmasında da rekursiyadan istifadə edilə bilər. Faktorialın tapılmasını nəzərdə tutan rekursiyaya sadə misal aşağıdakı kimi təyin olunur: 1. 0 və ya 1-in faktorialı 1-ə bərabərdir. 2. İstənilən böyük tam x ədədinin faktorialı, x – 1 ədədinin faktorialı ilə x ədədinin hasilinə bərabərdir. Bu tərif ikinci addımda rekursivdir, çünki bir faktorialı tapmaq üçün başqa bir faktorialı tapmaq lazımdır.
Kursiv
Kursiv – [lat. cursivus, cursus – qaçış, hərəkət; cursiva littera – əlyazma] 1) maili mətbəə hürufatı, maili yazı; 2) sitatda müəllifin nəzərə çarpdırdığı söz, ifadə və ya cümlə; 3) çap şrifti formalarından biri; 4) mətnin müəyyən hissəsini fərqləndirmək məqsədi ilə hərflərin sağa meylli, əlyazmasına bənzər şəkildə yığılması. Sözün kursivlə yığılması üçün əlyazmasında onun altında dalğalı xətt çəkilir; 5) latın və qədim yunan yazısında sürətli yazı xətti. Bu məqsədlə qələmin ucu kağızdan götürülmədiyi üçün hərflər bitişik yazılır. Bu məqalədə “şrift” və “sürətli yazı” sözləri kursivlə yığılmışdır; 6) əlyazmasını xatırladan maili mətbuat şrifti. == Tarixi == Ən qədim antik kursiv yazısı I-II əsrlərə aiddır. Bizans – yunan yazısında XI əsrdən yayılmışdır. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.