Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Renate Linqor
Renate Linqor — Qadın futbolu üzrə dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı == Həyatı == Renate Linqor Almaniyanın Karlsrue şəhərində doğulub. == Karyerası == === Klub karyerası === O, futbol oynamağa 1981-ci ildə "SV Blankenloch" klubunda başlayıb, 1983-cü ildən "Karlsrue SC" klubunun gənclərdən ibarət komandasında çıxış edib. Almaniya Bundesliqasında peşəkar karyerasına 14 yaşında "SC Klinge Seckach" klubu ilə müqavilə imzaladıqdan sonra başlayıb. Almaniyanın bir sıra aparıcı klublarından təklif almasına baxmayaraq, o, adıçəkilən klubda 1997-ci ilə qədər çıxış edib. Həmin il Renate Linqor "FFC Frankfurt" klubunda mərkəz yarımmüdafiəçi mövqeyində oynamağa başlayıb. Linqor 2 dəfə UEFA Kubokunun qalibi (2002, 2006), 5 dəfə Almaniya çempionu (1999, 2001, 2002, 2003, 2005), 5 dəfə Almaniya Kubokunun qalibi (1999, 2000, 2001, 2002, 2003) olub. 2007-2008-ci il mövsümündən sonra futbolçu karyerasını başa vurub. === Milli karyerası === 1995-ci ildə Almaniya milli komandasına dəvət olunan Renate Linqor buna qədər Almaniyanın 20 yaşlı futbolçulardan ibarət yığmasının tərkibində 19 oyunda meydana çıxıb. 2006-cı ildə Marta (Braziliya) və Kristin Lilli (ABŞ) ilə bərabər Dünyada İlin Ən Yaxşı Qadın Futbolçusu adına Renate Linqorun da namizədliyi irəli sürülüb. Linqor Milli komandada 2 dəfə dünya çempionu (2003, 2007), 2 dəfə Avropa çempionu (2001, 2005) və 2 dəfə Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2000, 2004) olub.
Scarturus elater
Scarturus elater (lat. Scarturus elater) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gekkonlar fəsiləsinin scarturus cinsinə aid heyvan növü. == Xarici görünüşü == Xarici görünüşcə Kiçik Asiya ərəbdovşanına bənzəyir, lakin ondan azca kiçikdir. Bədən uzunluğu 95-118 mm, dal pəncənin uzunluğu 48-56 mm, qulağın uzunluğu 43 mm-ə qədərdir. Çəkisi 73 q-dır. Bədənin bel hissəsi qonur-boz, qarın hissəsi isə ağ rəngdədir. == Yayılması == Arealı Kiçik və Orta Asiyanın, İranın, Əfqanıstanın, Çinin və Cənubi Zaqafqaziyanın gilli və çınqıllı səhra, xam torpaqlarını və dağətəyi yamaclarını əhatə edir. Azərbaycanda əsas etibarilə Kür-Araz ovalığında, Abşeron yarımadasında, bəzən isə dağətəyi rayonlarda təsadüf olunur. Azərbaycanda iki yarımnövü qeyd edilmişdir: A.e.caucasicus – Naxçıvan MR-dan başqa respublikamızın hər yerində, A.e.aralychensis isə Naxçıvan MR-da yayılmışdır. == Həyat tərzi == Yuvaları sadə olub, dərinliyi 60 sm-ə çatır.
Frederik Ferdinand Helsted
Frederik Ferdinand Helsted (18 mart 1809[…], Kopenhagen – 11 dekabr 1875, Kopenhagen) — Danimarka rəssamı və rəsm müəllimi. == Həyatı == Frederik Ferdinand Helsted 18 mart 1809-cu ildə Danimarkanın paytaxtı olan Kopenhagen şəhərində anadan olmuşdur. O, Yohann Helsted və An Mari Salatinin oğludur. Helsted erkən illərində atasının emalatxanasında çəkməçi kimi işləmişdir. O, 1834-cü ildən 1837-ci ilə qədər Danimarka Kral İncəsənət Akademiyasında təhsil almışdır. Burada o, əsərlərinə görə 2 gümüş medal və bir nağd mükafat qazanmışdır. Helsted Düsseldorf, Nitsa, Florensiya və Roma şəhərlərinə etüd səyahətinə çıxmışdır. O, 1845-ci ildə Kopenhagen şəhərində bir rəssamlıq məktəbi təsis etmişdir. Helsted bu məktəbə 30 il rəhbərlik etmişdir. O, 1849-cu ildən sonra rəssamlıq karyerasını sona çatdırmış və rəssamlıq dərsləri verməyə diqqət mərkəzinə çevirmişdir.Frederik Ferdinand Helsted 11 dekabr 1875-ci il tarixində, 66 yaşında Kopenhagen şəhərində vəfat etmişdir.
Kəlate Rudbar
Kəlatə Rudbar və ya Kəlatə— İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,826 nəfər və 711 ailədən ibarət idi.
Kəlatə Rudbar
Kəlatə Rudbar və ya Kəlatə— İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,826 nəfər və 711 ailədən ibarət idi.
Kəlatə Xic
Kəlatə Xic— İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,335 nəfər və 1,447 ailədən ibarət idi.